Koçaryanla Putin arasında əlaqə gizli saxlanılır

Koçaryanla Putin arasında əlaqə gizli saxlanılır

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və Rusiya prezidenti Vladimir Putin arasında xəlvəti telefon danışığı olub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aysor.am-la söhbətində eks-prezident aparatının rəhbəri Viktor Soqomonyan telefon danışığı faktını inkar etməyib.

Məlumatda qeyd olunur ki, eks-prezident aparatının rəhbəri bunun doğru olduğunu təsdiq etsə də, lakin telefon danışığı barədə şərh verməkdən imtina edib.

Xatırladaq ki, 17-20 dekabr tarixlərində Koçaryan Moskvada xüsusi səfərdə olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə