"Paşinyan, Ermənistanın baş naziri kürsüsündən yapışma və bununla da təxribata şərait yaratma". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Alternativ Layihələr Qrupunun üzvü Vaqe Ovhannisyan öz məqaləsində yazır.
“Təslim olduqdan sonra Ermənistana edilə biləcək ən böyük pislik təcili erkən seçkilərdir. Bu, ölkədəki ən az 3-4 aylıq anarxiya, mövcud parlamentin ləğvi, seçkiqabağı mərhələ, yeni baş nazirin seçilməsi, hökumətin qurulması, yeni hökumətin əsas cərəyana girməsi deməkdir.
Yeni bir qeyri-sabitlik dalğası fonunda ölkə iqtisadiyyatı tamamilə çökəcək və maliyyə, bank sisteminin çökməsi də qaçılmaz olacaq. Erkən seçkilər Ermənistan üçün intihardır”, deyə Vaqe Ovannisyan bildirib.
Xatırladaq ki, son bir neçə həftə ərzində ölkənin bütün elmi, mədəni, təhsil, mənəvi, işgüzar və hüquqi icmaları özünü hələ də baş nazir hesab edən şəxsin, Nikol Paşinyanın istefasını tələb edib və hələ də tələb etməkdə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB