“İlham Əliyev təkcə müharibəni yox, ideoloji savaşı da uddu” ÖZƏL-MÜNASİBƏT
“Biz gördük ki, ikinci Qarabağ Müharibəsi dövründə bütün dünyada Twitter sahəsində axtarışa verilənlər içərisində Cənab İlham Əliyevin adı ilk beşliyə düşürdü. Təsəvvür edin ki, 10 milyonluq bir dövlət və 7 milyarddan yuxarı insanlar, bunların da içərisində 4,5 milyarddan çox internet istifadəçisi olanlar arasında Cənab Prezidentin bütün dünya üzrə belə bir reytinq qazanmasını əslində fəxarətlə qeyd etməliyik.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Vəhdət” Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Partiya sədri vurğulayıb ki, doğrudan da Cənab Prezident bütün dünyada özünü bir daha təsdiq etdi.
“Bilirsinizmi, ekstremal vəziyyətlər dünyada indiqatordur, lakmus kağızıdır. Biz bilirik ki, bu müharibəni çox möhtəşəm aparması, baş komandanlıq eləməsi dünyanın bir çox liderləri tərəfindən etiraf olunur. Liderlər, dünyanın ən böyük xadimləri Cənab İlham Əliyevin şəxsiyyətinə çox ciddi diqqət yetirməyə başlayıblar. Ona görə ki, Cənab İlham Əliyev təkcə müharibəni udmadı, ideoloji savaşda da bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıra bildi. Ən əvvəli onu deyim ki, Cənab Prezident, mərhum lider, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Əsrin Müqaviləsi bağlanandan başa düşdü ki, bütün bizim gələcəkdəki hərbi uğurlarımızın mənbəyi iqtisadi yüksəlişimizlə ola bilər və mütəmadi şəraitdə 17 illik hakimiyyəti dövründə ölkə başçımız ancaq Azərbaycan hakimiyyətini möhkəmləndirməklə məşğul oldu. Eyni zamanda beynəlxalq aləmdə Cənab Prezident çox böyük işlər apardı, Azərbaycan çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi elədi. Açığını deyək ki, xeyli dərəcədə apponentlər razı deyildilər və iddia edirdilər ki, nəyə lazımdır Avropa Oyunları, nəyə lazımdır İslam Oyunları, nəyə lazımdır Avroviziya, Formula Yarışları, amma bütün bunlar Azərbaycanın bütün dünyada multikultural nüfuzunu yüksəltdi, dövlətin özünün və onun prezidentinin müasir olduğunu, bütün dünyaya açıq olduğunu, ədalətli olduğunu, azərbaycan xalqının böyük ürəyə malik olduğunu və azərbaycan islam dövlətləri içərisində ən mədəni xalqlardan biri olduğunu ortaya qoydu.
Bir tərəfdən də hərbi sənaye kompleksi möhkəmləndirildi. Gecə-gündüz bu işdə istər xaricdən satınalmalar olsun, istərsə də ölkədə hərbi sənaye kompleksinin istehsalının təşkili olsun, çox ciddi məsələlərə hazırlıq görüldü və nəticədə son 215 il ərzində bir qarış torpaq geri ala bilmədiyimiz halda, Cənab İlham Əliyev Azərbaycan Respublikasının bütövlüyünü təmin etməyə rəhbərlik edə bildi. Onun bu zaman baş komandanlıq keyfiyyətləri də üzə çıxdı. Mən sizin üçün ən adi bir məsələni ortaya qoyum, deməli, düşmən bizim “kukuruznik” deyilən o keçmiş, Sovet dövrünün təyyarələri döyüş zamanı havaya qalxarkən ermənilərin havadan müdafiə sistemləri onlara atəş açdı, bəzilərini məhv elədi və sevinib məlumat verdi ki, Azərbaycanın guya böyük təyyarələri vurulub. Bunlar başa düşmədilər ki, Azərbaycan tərəfi dünyanın heç bir yerində olmayan və bu gün də ABŞ, NATO, Avropa, dünyanın qabaqcıl dövlətləri tərəfindən öyrənilən bir taktika işlətdi. Həmin vasitələrlə Azərbaycan Ermənistanın bütün hərbi hava qüvvələrinin yerini müəyyən elədi və ən yüksək, beşinci nəsil ümumdünya nailiyyəti olan silahlarla həmin mənbələri birmənalı şəkildə məhv elədi. Bu kimi taktikaları hərbin digər sahələrində də eləmək olardı. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycanın 100 illərlə qalan tarixinə öz adını qızıl hərflərlə yazdırdı ki, bu Azərbaycanın rəhbərlərinin hamısına heç də qismət olmayıb. Yüzillərlə tariximizə baxsaq, bu nailiyyəti bu cür əldə edən dövlət başçılarımız çox az olub.
Biz indi Cənab Prezidentin başçılığı, rəhbərliyi altında əlbəttə ki, bu uğurlarımızı davam etdirəcəyik. İşğalın nəticələrinin aradan qaldırılması üçün çox böyük proqramlar var, yaxında biz dövlət büdcəsini də müzakirə edəcəyik. İslahatlara davam edəcəyik və bütün bunlara Cənab İlham Əliyev rəhbərlik edir.
İcazə verin Səs İnformasiya Agentliyi vasitəsi ilə öz adımdan, “Vəhdət” partiyası adından Cənab Prezidenti ad günü münasibəti ilə təbrik edim, ona uğurlar arzulayım, can sağlığı arzulayım. Cənab Prezident əmin olsun ki, onun təhlükəsizliyi, can sağlığı bu gün özü ilə yanaşı bütün Azərbaycan xalqına da lazımdır. Əslində, Azərbaycanın, bütün Türk-İslam dünyasının başını uca elədi Cənab Prezident. Bizə geridəqalmış, köçəri bir xalq deyirdilər, amma bizim nə qədər yüksək hərbi potensialımız, intellektual potensialımız, mədəni davranışlarımız bütün dünyaya örnək oldu.
Əlbəttə, bizi istəməyənlər də oldu. Cənab Prezident onların neytrallaşdırılması səhəsində də çox böyük işlər gördü. Mən hesab eliyirəm ki, hər bir iş öz nəticəsi ilə bilinir və bu böyük nəticə ümumdünya əhəmiyyətli bir nəticədir ki, bu münasibətlə də Cənab Prezidenti bir daha təbrik edirəm və Azərbaycan xalqı çox məmnundur ki, ona belə bir bacarıqlı lider rəhbərlik edir”, deyə Tahir Kərimli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB