Respublika Meydanında Nikol Paşinyanın istefasını tələb edən mitinq iştirakçıları Hökümət binasını mühasirəyə alıblar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hökumət binasını mühasirəyə alan etirazçılar tələblər irəli sürüblər.
Bir qədər əvvəl, Vətənin Qurtuluşu Hərəkatının koordinatoru, “Daşnaqsütyun” partiyasının Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan deyib ki, dörd qanuni konstitusiya yolu var və bunlardan biri xainin istefasına nail olmaqdır.
O, qarşıya qoyulan addımları təqdim edib və onları sadalayıb.
1. Paşinyanın istefası.
2. Milli Məclis tərəfindən Nikolun istefası məsələsini müzakirə etmək üçün fövqəladə bir iclas çağırması.
3. Prokurorluq tərəfindən dərhal dövlətə xəyanət ittihamı ilə iş başlatması və onu həbs etməsi.
4. Hökumət üzvlərinin 2/3-nin istəyi ilə iclas çağırılması və Nikol Paşinyanın istefası məsələsinə baxılması.
Saqatelyan bu dörd sahədə davamlı təzyiq göstərməyə davam edəcəklərini qeyd edərək, vətəndaşları təxribatlara uymamağa çağırıb.
“Artıq bu hökumətin fəaliyyətinə ehtiyacımız yoxdur. Bu Hökumətin qərarları dövlət əleyhinə, qanunsuz, antimilli və xalqımızın mənafeyinə cavab vermir”, deyə o bəyan edib.
İşxan Saqatelyan insanların bir hissəsinin yerində qalmasını, digər hissəsinin Hökumət və Prokurorluğun binalarını bağlamasını təklif edib və hökümətin fəaliyyətinin dövlət əleyhinə olduğunu və bunlara ehtiyac olmadığını təkrarlayıb.
“Yenidən təkrar edirəm, təxribata qapılmayın, bu binaya girməyə çalışmayın. Davamlı, ardıcıl, mütəşəkkil işlə bütün dövlət aparatlarını Nikol Paşinyandan götürməliyik”, deyərək mitinq sıralarının yaxın günlərdə artacağını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB