"Azərbaycanda ilk dəfə bu fikri mən işlətdim və dedim" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda ilk dəfə bu fikri mən işlətdim və dedim" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişafı göstəricilərdə öz əksini tapıb. Bu təkcə Azərbaycanın özünün tərtib etdiyi hesabatlarda deyil, eyni zamanda müvafiq beynəlxalq qurumların, təşkilatların hesabatlarında, göstəricilərində də öz əksini tapır. İrəli, inkişaf, uğurlar, güclənmə, beynəlxalq aləmdə nüfuzun yüksəlməsi, hüquqi müstəvidə görülən işlər və s. hamısı dövlət başçımızın Prezidentlik dövründə qazandığı uğurlardır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

"Bu nəyi göstərir? Cənab Prezident bir dövlət başçısı kimi eyni zamanda Liderlik məharətinə də malik oldu. Sentyabrın 27-dən başlayaraq son 44 gün ərzində həm siyasətçi, diplomat, Lider, həm də cəsarətli bir sərkərdə kimi özünü doğrultdu. 2020-ci ilin noyabr ayının 8-də kanalların birində mənim bir çıxışım oldu. Azərbaycanda ilk dəfə bu fikri mən işlətdim və dedim: “Mənim Prezidentim Fateh Prezidentdir və Fateh Sərkərdədir”. Bəli, bu fatehlik sözünü ifadə etmək hər şeyi deyir. Vəzifədə (Prezident, Baş Nazir və s.) olmaq olar. Ancaq xalqın rəhbəri, Lideri olmaq, müdrik siyasətçi olmaq, cəsarətli, qətiyyətli və qalib sərkərdə olmaq və s. hamısı birlikdə tarixi şəxsiyyət deməkdir. Biz Prezidentimizi dekabrın 24-də olacaq doğum günü münasibətilə təbrik edirik və Prezidentimizlə fəxr edirik”-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə