Paşinyanı Syünik vilayətinə buraxmadılar, səfər yarımçıq qaldı - VİDEO
Ermənistanın Baş naziri Nikol Paşinyanın etiraz aksiyaları ilə əlaqədar Syünik vilayətinə səfərini yarımçıq saxlayıb. SİA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Paşinyan Sisianın mərkəzi meydanında sakinlərlə görüşü zamanı deyib.
Baş nazir bildirib ki, ölkədə matəmi nəzərə alaraq təxribata getmək istəmir: “Əminəm ki, Gorus və Qafana getsəm, sizin qarşıladığınız kimi qarşılanacağam. Ancaq bu gün deyil, növbəti dəfə. Yolları qəsdən bağlayıblar ki, bu şəhərlərin sakinləri ilə görüşlərim baş tutmasın”.
Qeyd edək ki, Paşinyanın səfərini əngəlləmək üçün Syünik sakinləri bölgəyə giriş-çıxışı bağlayıblar. Paşinyan isə helikopterlə Sarnakuk kəndinə və daha sonra Sisian şəhərinə qədər gedə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB