Paşinyan kütləni zorla meydana daşıyır Ermənistan mediasının etirafı

Paşinyan kütləni zorla meydana daşıyır Ermənistan mediasının etirafı

Paşinyan tərəfindən məcburi olaraq təşkil olunan yürüşün iştirakçıları bu ölkə paytaxtına, Respublika Meydanına avtobuslarla aparılır. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Mediaport müxbiri informasiya yayıb.

İnformasiyaya görə, bir qədər əvvəl hökumət binasının arxasında əsasən qadınlardan ibarət bir avtobus saxlanılıb. Qeyd olunur ki, indiyə qədər sərnişinlərdən heç biri avtobusdan düşməyib və görünür, insanlara avtobusda gözləmələri tapşırılıb.

Mediaportun məlumatına görə, Dağlıq Qarabağdan qaçqın olaraq gələn, Əmək və Sosial İşlər Nazirliyi tərəfindən mənzillə təmin olunan ailələr, 12:00-da Nikol Paşinyanın yürüşündə iştirak etmək üçün avtobuslarla Respublika Meydanına daşınır. Məlumata əsasən, bu ailələrə yürüşdə iştirak etmədikləri təqdirdə günün sonuna qədər sığınacaqları tərk etməli olduqları barədə xəbərdarlıq edilib.

Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyan yürüş üçün kütləni məcburi şəkildə, hətta zorla meydana daşıyır. Bu yürüş bir aydan çox müddətdə Paşinyanın əleyhinə təşkil olunan yürüşlə müqaisəyə belə gələn deyil və yenə də Nikol paşinyanın kütlənin damarından tutduğu göz qabağındadır. Mediaportun da qeyd etdiyi kimi, bu yürüş heç də insanların könüllü arzusu, kütlənin öz istəyi ilə deyil, Paşinyanın istəyi, tələbi, zor tətbiqi ilə hazırlanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə