"Bakı və İrəvan məhbus mübadiləsi prosesini davam etdirəcək" Maria Zaxarova

"Bakı və İrəvan məhbus mübadiləsi prosesini davam etdirəcək" Maria Zaxarova

Rus sülhməramlıları üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməyə davam edəcəklər və İrəvan ilə Bakı arasında məhbus mübadiləsi prosesi davam edir. SİA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova həftəlik brifinqdə deyib.

"Rus sülhməramlıların Qarabağdakı komandiri general-leytenant Rüstəm Muradov, Bakı ilə İrəvan arasında "hamının hamıya" prinsipi ilə məhbus mübadiləsi barədə ətraflı danışıb", deyə Zaxarova söyləyib.
O, Rusiya, Ermənistan, Azərbaycan liderlərinin 9 noyabr tarixli üçtərəfli bəyanatına uyğun olaraq “hamının hamıya” prinsipi ilə məhbus mübadiləsi aparıldığını, bundan əvvəl Rusiya sülhməramlılarının Azərbaycan və Ermənistan tərəfləri ilə apardığı çox sayda hazırlıq işinin aparıldığını da qeyd edib. 12 nəfər Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya çatdırılıb və səlahiyyətli Azərbaycan orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi 44 nəfəri Ermənistan tərəfinə qaytarıb.

Zaxarova əmin edib ki, Rus sülhməramlıları üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə töhfə verməyə davam edəcəklər.

“Şəxsən özüm də əlavə edirəm ki, məhbus mübadiləsi prosesi davam edir”, deyə Zaxarova fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl hakim “Mənim addımım” blokundan millət vəkili Nazeli Baqdasaryan, daha bir erməni məhbus qrupunun Azərbaycan tərəfindən Ermənistana köçürüləcəyini və yaxın günlərdə İrəvana gələcəyini söyləyib.

Xatırladaq ki, 44 erməni məhbusun olduğu ilk təyyarə dekabrın 14-nə keçən gecə Erebuni aerodromunda İrəvana enib. Artıq 15 dekabrda Azərbaycan daha bir mülki şəxsi Ermənistana təhvil verib. Həmin vətəndaşlar geri qayıdıblar. Əsir götürülmə faktı Beynəlxalq Qırmızı Xaç Komitəsi və Bakı tərəfindən təsdiqlənib. İlkin məlumatlara görə, bunlar 30 hərbi qulluqçu və 15 mülki şəxs olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə