Ərdoğan Heydər Əliyev adına liseyin təməlqoyma mərasimində iştirak edəcək

Ərdoğan Heydər Əliyev adına liseyin təməlqoyma mərasimində iştirak edəcək

Mayın 20-də Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Sənaye Peşə Liseyinin təməlqoyma mərasimi keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təməlqoyma mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan iştirak edəcək.

Qeyd edək ki, mayın əvvəlində Türkiyənin İğdır şəhərində də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan liseyin rəsmi açılışı olub. Mərasimdə baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə