"Heydər Əliyevin taleyinə müstəqil Azərbaycanı qurmaq düşüb" - ŞƏRH ÖZƏL
"Müstəqil Azərbaycan dövləti möhkəmləndikcə Heydər Əliyevin müstəqillik tarixində nə qədər əhəmiyyətli rol oynadığı bir o qədər təsdiqlənir. Heydər Əliyev təkcə dövlətin əsaslarını yaratmadı, həm də milli dövlətçiliyə ictimai baxışları dəyişdi". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspertin sözlərinə görə, Heydər Əliyev elə bir dövrdə hakimiyyətə gəlmişdi ki, dövlət başçısının məsuliyyətini anlamadan bu vəzifəyə dartınanlar çox, lakin bu yükü bacarıqla aparmağa qadir namizəd isə onun özündən başqa mütləq şəkildə yox idi: "Heydər Əliyev əsil dövlətçilik yükü daşımağın həvəskar əyləncə yox, ağır peşəkar iş olduğunu sübut etdi. Heydər Əliyev iqtisadiyyat və ordunun olmadığl şəraitdə tək ictimai dəstəyə söykənərək dövlət qurmağın klassik nümunəsini yaratdı. O, sübut etdi və öyrətdi ki, sistemli daxili və xarici siyasətdən kənarda dövlətçilik qurula və yaşaya bilməz. Öyrətdi ki, real iqtisadi əsaslar və məntiqli diplomatik xəttə söykənmədən dövlət qurmaq mümkün deyil".
A.Quliyev vurğulayıb ki, müstəqil dövlətin hüquqi, diyasi, iqtisadi və ideoloji əsaslarının yaradılması Heydər Əliyevin uğurla icra etdiyi dövlətçilik missiyası oldu: "Tarixdə bütün milli dövlətlərin quruculuğu və təşəkkülü bir şəxsiyyətin adı ilə bağlı olub. Azərbaycanın taleyinə Heydər Əliyev, Heydər Əliyevin isə taleyinə müstəqil Azərbaycanı qurmaq düşdü. Onun 10 illik hakimiyyət dövrünə aid tək-tək məsələlər ətrafında kimlərsə bu gün də mübahisələr açmağa cəhd göstərsə də, sonrakı proseslər onun həmin an üçün ən düzgün qərarı verə bildiyini sübut edir. Hər bir dövlətin tarixindəki qurucu liderlərin fəaliyyətini müqayisəli təhlil etdikdə Heydər Əliyevin öz uğurlarında şəxsi istedada, təcrübəyə, iradə və xarizmaya daha çox söykəndiyini şəksiz görmək mümkündür. Tariximizdə Heydər Əliyevin rolu şəriksiz, xatirəsi dəyərlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB