Ermənistan hakimiyyət nümayəndələri qaçır

Ermənistan hakimiyyət nümayəndələri qaçır

Hökumət iclasından sonra Ermənistan hakimiyyətinin üzvləri brifinq keçirməkdən imtina ediblər. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, xüsusi təyinatlı insanlar jurnalistlərə yaxınlaşaraq onları kənarlaşdırıb, digərləri, yəni hakimiyyət nümayəndələri isə jurnalistlərə məhəl qoymayıb, tez qaçıblar.

Məlumatda qeyd olunur ki, Ərazi İdarəetmə və İnfrastruktur Naziri Suren Papikyan, Ətraf Mühit Naziri Romanos Petrosyan, Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan bugünkü iclası tərk edərkən, jurnalistlər onlardan bir neçə sualı cavablandırmasını istəyib, lakin onlar jurnalistlərə məhəl qoymadan, geri baxmadan qaçıb aradan çıxıblar.
Yeri gəlmişkən, Armen Qriqoryan əvvəllər jurnalistlərin hər hansı bir sualına mehribanlıqla cavab verən tanınmış simalarından biri olub. Dövlət Nəzarət Xidmətinin rəhbəri Tiqran Ulixanyan, yeni müdafiə naziri Vaqarşak Arutyunyan və Araratın yeni təyin olunmuş qubernatoru da jurnalistlərin gözündən qaçıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə