Paşinyan üçün yeni “sürprizlər” hazırlanır

Paşinyan üçün yeni “sürprizlər” hazırlanır

"Nikol, get!" şüarları altında İrəvanda vətəndaşlar Paşinyanın istefasını tələb edirlər. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hələ də etirazlar davam edir.

Saytın yazdığına görə, hazırda Ermənistan paytaxtında etiraz aksiyası keçirilir. Həmçinin qeyd olunur ki, bu gün günorta saat 12-də müxalifət və vətəndaşların Paşinyanın istefası üçün təyin etdiyi müddət bitib. Həmin andan etibarən İrəvanın müxtəlif bölgələrində itaətsizlik hərəkətləri müşahidə edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə