Paşinyanın son ümidi TikTok

“Son vaxtlar “TikTok” sosial şəbəkəsi açıq şəkildə, yönləndirilmiş halda və koordinasiyalı olaraq Nikol Paşinyanı tərifləyən, şişirdən videolar yayır və bu videolar "Nicole King", "King Nicole" və digər bənzər başlıqlarla çox "tick" üslubda yayımlanır. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Fakt" qəzeti yazır.

Qəzet yazır ki, əldə etdiyi məlumata görə, Facebook-dakı “Paşinyan” şouları artıq işləmədiyindən, Nikol Paşinyan məşhur “iş qrupuna” “TikTok” istiqamətində işləmək tapşırığı verib.

“Belə çıxır ki, Paşinyan 2018-ci ildə yetkinlik yaşına çatmayanları tətillərə çağıraraq mitinqlərə dəvət etdiyi kimi, indi də onları təsirləndirməyə çalışır və valideynlərini də “işləri qaydasına salmaq” üçün, özünə haqq qazandırmaq üçün cəlb etmək niyyətindədir", deyə nəşr yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə