VHP-nin saytı istifadəyə verildi

VHP-nin saytı istifadəyə verildi

Vətəndaş Həmrəyliyi Partiyasının təkmilləşdirilmiş və yenilənmiş saytı bu gün istifadəyə verilib. Bu barədə SİA-ya VHP-nin mətbuat xidməti məlumat verib.

Hazırda saytda VHP-nin 19 illik fəaliyyətini əks etdirən materiallar, videoçarxlar, partiya üzvləri və funksionerləri haqda məlumatlar yerləşdirilir. Sayt həm də onlayn sistemində işləyəcək: VHP-yə və ümumiyyətlə, ictimai-siyasi proseslərə aid gündəlik xəbərlərin, eyni zamanda, Güney Azərbaycan və Türk Dünyasında baş verən önəmli hadisələr haqda operativ məlumatların saytda oxuculara təqdim olunması nəzərdə tutulub.

Saytı VHP mətbuat xidməti və təşkilat şöbəsi partiya sədri Sabir Rüstəmxanlının 65 illik yubileyinə bir töhfə olaraq hazırladıqlarını bildirirlər.

Saytla maraqlananlarwww.vhp.azkeçidindənistifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə