Ermənilər müdafiə sədlərinin keçilməz olduğunu düşünürdülər, lakin... - MÖVQE ÖZƏL

"Azərbaycanın rəşadətli ordusu 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırdı. Düşmən kapitulyasiya haqqında sənədə imza atmağa məcbur oldu və 1 dekabra qədər bütün ərazilərimizi bizə qaytarılaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınınmış sərhədlər bərpa olunmaqla ərazi bütövlüyümüz təmin olundu. Ermənilər 30 ilə yaxın bir müddətdə işğal olunmuş ərazilərimizdə mühəndis istehkam qurğularını möhkəmlətməklə dayandığı mövqelərində əbədi qalmaq fikrində olub. Baxmayaraq ki, BMT TŞ-nın 4 qətnaməsində işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad olunması öz əksini tapmışdı və Ermənistan da bunu yaxşı bilirdi ki, bu ərazilərimizi heç vaxt legitimləşdirə bilməyəcəklər, amma mövqelərini tam möhkəmlətmişdilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, mühəndis-istehkam qurğularının tikilməsinə milyardlarla dollar maliyyə xərclənmişdi: "Hətta bəzi səngərlərdə bomba keçirməz beton mühafizə sədlərini tikmişdilər və ermənilər hesab edirdilər ki, belə qurğuları heç vaxt dağıda bilmərik. Azərbaycan da öz növbəsində bəyan etmişdi ki, biz heç vaxt öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan vermərik və torpaqlarımızın əbədi işğal altında qalması ilə razı ola bilmərik. Cənab Prezident öz çıxışlarında hər dəfə açıq şəkildə dünyaya bəyan edirdi ki, Ermənistanı müharibəyə təhrik edən əməllərdən çəkindirin, lazım gələrsə çox ciddi cavabını verəcəyik və bu Ermənistan üçün böyük faciə olacaqdır. Həm də açıq şəkildə qeyd edirdi ki, biz hərbi gücümüzü artırırıq və lazım gələrsə öz gücümüzlə erməni işğalına son qoyduracağıq. Təbii ki, bu belə də oldu. Azərbaycan öz Silahlı Qüvvələrini beşinci nəsil silahları və hərbi texnologiyaları ilə təchiz etdi, ordunun peşəkarlığını artırdı. Hətta Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer ala bildi. Yəni onu qeyd etmək istəyirəm ki, Azərbaycan regionda ən güclü orduya malik ölkəyə çevrildi. Ermənistan isə bunu ciddiyə almırdı və özlərinin təxribatçı əməllərindən əl çəkmir və hətta son bir ildə cəzasızlıq mühütündə daha azğınlaşaraq yeni ərazilər uğrunda yeni müharibə haqqında mesajlar səsləndirməyə başladı. Nəhayət 27 sentyabrdakı son erməni təxribatına qarşı hərəkətə keçən ordumuza düşməni zərərsizləşdirmək tapşırığı verildi".

A.Badamov vurğulayıb ki, düşmənin heç vaxt düşünmədiyi və yuxusunda görmədiyi şəkildə Azərbaycan əsgəri müharibəyə başladı: "Müasir PUA-lar səmaya qalxdı və ermənilərin 30 ildə qurduğu güllə keçirməz mühəndis- istehkam qurğuları məhv edildi. Dünya tarixində heç vaxt olmayıb ki, mülki insanların yaşadıqları yerləri bombalamadan ancaq hərbi hədəfləri məhv etməklə müharibədə qalib gəlsin. Azərbaycan ordusu belə bir ilkə imza atdı. Apardığımız 44 günlük müharibədə Azərbaycan əsgəri müharibə aparmağına tam hazırlaşmışdı. Lazım gələn yerdə müasir silahlardan, lazım gələn yerlərdə isə əlbayaxa döyüşlə müharibədə qalib gəldik və Şuşa şəhərini işğalçılardan azad etdik. Ermənilərin 30 il ərzində milyardlarla dollar vəsait xərcləyərək yaratdığı qalaları onların köməyinə gəlmədi. Bu qısa müharibədə rəşadətli ordumuz düşmənin 3,8 milyard dollarlıq silahlarını məhv etdi və ya qənimət kimi götürdü. Minlərlə canlı qüvvəsini məhv etdik və on mindən çox canlı qüvvəsini yaralayaraq zərərsizləşdirlidi. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində müzəffər ordumuz canlı dastan yazdı və düşmənə uzun illər özünə gəlməyəcək zərbə endirməklə məhv etdik . Məhz ona görə də bu, Bizim böyük qələbəmiz oldu".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə