Sahibə Qafarova: “Eurovision”dakı qələbə nailiyyətlərimizin zirvəsidir\"
\"Şübhəsiz ki, mən Azərbaycan təmsilçilərinin "Eurovision" mahnı müsabiqəsindəki nəticələrini yüksək qiymətləndirirəm. Çünki bu qələbə həm də Azərbaycanın dünya miqyasındakı yerini bir daha göstərdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova söyləyib. Onun sözlərinə görə, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Azərbaycanın mədəniyyət siyasəti ümumbəşəri mənəvi dəyərlərlə zəngin olan milli mədəniyyətimizin inkişafına çox böyük töhfələr verib: "Siyasi, iqtisadi, sosial sahələrdə əldə olunmuş böyük nailiyyətlər mədəniyyət sahəsində də effektiv tədbirlərin görülməsinə, inkişaf meyllərinin yaranmasına stimul verib. Biz bunu son illər atılmış addımlarda və əldə edilən çoxşaxəli nailiyyətlərdə dəfələrlə görmüşük. \"Eurovision\"dakı qələbə isə bunların zirvəsidir".
Təmsilçilərimizin belə yüksək nəticə əldə etməsinin kökündə çox böyük əmək və zəhmətin dayandığını deyən millət vəkili vurğulayıb ki, 4 dəfə qatıldığımız bir yarışda birincilik qazanmaq asan başa gələn uğur deyil: "Burada təbii ki, müxtəlif faktorların rolu olub. Amma ən böyük rolu şübhəsiz ki, Azərbaycan dövlətinin mədəniyyətə, gənclərə yüksək diqqət və qayğısı, bu beynəlxalq müsabiqəyə hazırlıqla bağlı görülən işlər oynayıb. Bu mənada ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi təqdirəlayiqdir".
S.Qafarova deyib ki, bu cür böyük nailiyyətlərdən sonra Azərbaycan mədəniyyətinin daha uca mərtəbələrdə qərar qılacağını söyləyə bilərik: "İndi bizim üçün daha məsuliyyətli bir dövr başlayır. Gələn il paytaxtımızda keçirələcək müsabiqəyə Azərbaycanın yüksək səviyyədə hazırlaşacağına, ən yaxşı şəkildə bu müsabiqəyə ev sahibliyi edəcəyinə heç kəsin şübhəsi yoxdur. Bu isə Azərbaycanın daha geniş arealda təbliğ olunacağına, mədəni dəyərlərimizin Avropada daha yaxşı səviyyədə tanıdılacağına dəlalət edir. Bu müsabiqədə ölkəmizə böyük qələbə qazandıran təmsilçilərimizdən biri olan Eldar Qasımov Bakı Slavyan Universitetinin magistrıdır. Amma hesab edirəm ki, bu gün Eldar və Nigarla təkcə Bakı Slavyan Universitetinin çoxminli kollektivi deyil, bütün Azərbaycan xalqı haqlı olaraq fəxr edir. Çünki onların qələbəsi Azərbaycan dövlətinin, Azərbaycan xalqının böyük qələbəsi, uğurudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB