“Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq” Məşhur Məmmədov

“Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 17 il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir". Bu fikirləri “SƏS” qəzetinə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr, zəfərlər yazır: "Ali Baş Komandanımız, Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində, müraciətlərində həmişə bildirib ki, “Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır". Bu gün qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident cənab İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır. Bu gün Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Və qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir”.

Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacağını deyən millət vəkili bildirib ki, münaqişəni həll etmiş ölkə kimi Azərbaycan bu qələbəni iqtisadi faydalara çevirməyi bacaracaq: "Çünki bunun üçün də mühüm imkanlar var. Həm resurslarına, mövcud infrasztruktur layihələrinə, eyni zamanda geniş əlaqlərə görə ölkəmiz lider mövqedədir. Eyni zamanda, işğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Belə ki, 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – "Böyük qayıdışın başlanğıc" nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən ardıcıl olaraq bir neçə dəfə Sərəncam imzalanıb. Cocuq Mərcanlı hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə daha abaddır, iş yerləri və sosial xidmətlərlə daha yüksək səviyyədə təmin olunub. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Sözsüz ki, bu işlərə başlamaq üçün ilk növbədə azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə “Böyük qayıdış” da davam edir. Ümumiyyətlə, Qarabağ Ermənistan üçün iqtisadi yük idisə, Azərbaycan üçün isə iqtisadi potensialdır. Bir sözlə, işğaldan azad edilən ərazilərin iqtisadi potensialı böyükdür".

M.Məmmədov onu da bildirib ki, bu gün Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir: “Dövlət başçımızın gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın nəinki bölgədə, bütün dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. İşğaldan azad olunan ərazilərimizə yeni nəfəs gələcək! Necə qürur duymaya bilərik axı? Təxminən 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə 8 noyabr hər il ölkəmizdə Zəfər Günü kimi qeyd olunması bütün xalqımızın, bütün türk dünyasının qürurverici tarixidir! Gözün aydın Azərbaycanım! Gözün aydın Qarabağım! Bayramın mübarək Qarabağ Azərbaycandır!”

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...