Fransa hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır - SƏFİR

Fransa hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımır. SİA xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Tvitter" hesabında yazıb.

Diplomat bildirib: “Düşünürəm ki, bir məsələ hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır, Qarabağın müstəqilliyini tanımır”.

Qeyd edək ki, Fransa Milli Assambleyası “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qərəzli qətnamə qəbul edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə