"İrqçilik insani dəyərlərə təhqirdir və biz bunu Fransada görürük" Eldəniz Səlimov

“İqrçilik dünyanın ən çirkin əməllərindən biridir və biz bunu da Fransadan gördük. Afrikalı qaradərili gəncə Fransa polisi tərəfindən edilən şiddəti qınayırıq. İrqçilik, rənglə bağlı edilən ayrımçılıq insani dəyərlərə edilən təhqirdir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, son vaxtlar Fransa hökuməti çox böyük yanlış addımlara yol atır. Bu hərəkətlər dövlətin əsas xislətini ortaya qoyur. Senat tərəfindən qəbul edilmiş qətnamənin hələ də qınağı bitməmiş ardından polis irqçiliyi daha sonra isə nələr olacağı bəlli deyil.

Millət vəkilinin fikrincə, belə gedişlə Avropa mədəniyyətinin yalnız yalanlardan ibarət olduğunu görəcəyik: “Çox təəssüflər olsun ki, həqiqətlər həmişə yanlışlarla üzə çıxır. Fransanın daim anti-islam dövləti olduğu bəllidir. Anti-Azərbaycan dövləti olduğu da, indi isə irqçiliyi dəstəkləyən dövlət də olduğunu öyrəndik. Biz insan olaraq, ümumiyyətlə şiddətə qarşıyıq, lakin rəng ayrımı etmək təbii ki, daha da iyrənc bir hərəkətdir. Mənim fikrimcə, Fransa hökuməti polislərin bu addımından sonra çox şeyi dəyişməsə də, öz üzrxahlığını bildirməlidir. Əks halda, dövlətdə bir çox hadisələr baş verə bilər. Necə ki, artıq reaksiyalar gəlməyə başlayıb”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...