"Laçını azad etməklə düşmənin belini qırdıq" ÖZƏL-MÜNASİBƏT

"Laçın xüsusilə müharibə dövründə böyük əhəmiyyət kəsb edən yüksəkliklərin olduğu strateji rayondur”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun Laçına daxil olması ilə qələbə yürüşümüz tanamlanmış oldu: “Biz işğal altında olan digər rayonlarımızı azad etməklə düşmənin dizini yerə qoymuşduq, Laçına sahib olmaqla onun belini qırdıq. Laçın azərbaycanlılar üçün təkcə strateji deyil, həm də mənəvi əhəmiyyət daşıyan bir bölgədir. Laçın gözəlliklər diyarı olmaqla yanaşı, həm də ucalığın, saflığın rəmzidir. Laçın qələbənin özüdür. Bu qələbədən dünya azərbaycanlılarının hər birinə pay düşür. Laçının azad olunması ilə Azərbaycanın ən yeni tarixinin növbəti qəhrəmanlıq səhifəsi yazılmış oldu”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...