“Şuşa getdi, amma Nikol qaldı, belə olmur axı" Mikael Melkumyan

“Məlum oldu ki, Şuşə əldən getdi, amma Nikol Paşinyan hələ də qalır. Bu, olmur". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan millət vəkili Mikael Melkumyan öz Facebook səhifəsində yazıb.
Məlumatda qeyd olunur ki, millət vəkili öz sosial şəbəkə hesabından baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağla əlaqədar verdiyi açıqlama ilə bağlı bugünkü “pafoslu” açıqlamasına münasibət bildirib.
“Bu gün Ermənistanın baş nazir postunu tutan şəxsin son iki il yarım müddətdə və bundan əvvəl Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllində heç olmasa bir şey əldə etməyin mümkün olmadığı barədə uzun izahatlarına rast gəldim. Əgər belədirsə, bu səbəbdən bu məsələ ilə əlaqədar xalqa müraciət edərək istefa etməlisiniz. İndi də xarici və daxili proseslərə təsiriniz yoxdur, yəni dövlətimizin milli dövlət maraqlarına xidmət edə bilməyəcəksiniz. Məlum oldu ki, Şuşa getdi, amma Nikol Paşinyan hələ də qalır. Belə olmur”, deyə millət vəkili öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə