"Fransa Parlamenti tarix və zaman qarşısında daha bir biabırçı akta imza atıb" Bahar Muradova

“28 illik fəaliyyəti dövründə Qarabağ məsələsinin sülh yolu ilə həllini tormozlayan ATƏT-in Minsk qrupu həmsədrlərindən biri, Ermənistanı özünə “bacı” elan etməsindən sonra davamlı olaraq özünü "itirilmiş qeyrət" sahibi kimi hiss edən Fransa Parlamenti tarix və zaman qarşısında daha bir biabırçı akta imza atmışdır. Azərbaycanın Qarabağ regionunda özünü "respublika "elan etmiş qondarma qurumu tanımaq barədə Fransa Senatının tövsiyyə xarakteri daşıyan "qətnamə"sinin özü-özlüyündə hüquqi qüvvəsi olmasa da, Fransanın beynəlxalq miqyasda üzərinə götürdüyü öhdəliklərlə və daşıdığı mandatın tələbləri ilə bir araya sığmayan qeyri-ciddi imicə malik olduğunu sübut etmək ücün yetərli təsir gücünə malikdir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

Bahar Muradova qeyd edib ki, bu "sənəd" Senatın əsas tərkibinin bütün diplomatik etiket və normalara qarşı saymazyana münasibətini, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini ciddi şəkildə pozmaqdan cəkinmədiyini sübut edir. Senatın mövcud beynəlxalq proseslərə öz tarixinin qaranlıq səhifələrindən qaynaqlanan baxışlarla münasibət sərgiləyən başabəla coxluğu öz ölkəsinin hökumətini də münaqişələrin həllinin deyil, dondurulmasının, indiki halda isə əksinə daha da qızışdırılmasının tərəfdarı olmağa sürükləməklə Ermənistanın timsalında təcavüzü, vandalizmi və barbarlığı dəstəkləməyə sövq etməyə calışır.

“Bununla da, 30 ildən sonra Azərbaycanın öz imkanlarına istinad edərək əldə etdiyi, elə Ermənistanın özünün də imzası və razılığı ilə əldə edilmiş sülhə və təhlükəsizliyə şərait yaradan məntiqi sonluqla barışmaq istəmədiyini ortaya qoyur. Cənubi Qafqazda dayanıqlı və davamlı sülhün əldə edilməsinə töhfə vermək deyil, faşizm ideyalarını dəstəkləməyə təşviq etməyə calışır. Ermənistanın bu illər ərzində törətdiyi insanlıq əleyhinə cinayətlərə haqq qazandırmaq ücün öz üzərlərinə onun vəkili rolunda cıxış etmək kimi fərdi öhdəlik götürmüş insanların Fransa Senatının divarları arasında kollektiv məsuliyyətə əsaslanan bir avantüraya hazır olduğunu ortaya qoyur.

Absurd beynəlxalq hüquqpozma aktı xarakteri daşıyan bu kağız parcası özünü demokratik dünyanın bir hissəsi kimi təqdim edən Fransanın siyasi elitasında özünə yer eləmiş və "erməni məsələsinə bulaşmış "suyasətbazların" sayəsində ikitərəfli və coxtərəfli əsasda etibarlı aktor və beynəlxalq hüququn vicdanlı şubyekti olmadığını bir daha sübut edir. İnanmaq istərdim ki, Fransa rəsmiləri "erməni sevgisi ilə dolu ürəklərinə daş basıb" soyuqqanlı və doğru qərarlar qəbul edə biləcəklər”,-deyə Bahar Muradova vurğulayıb. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə