Milli Məclisin deputatı QİƏT Parlament Məclisinin növbədənkənar Büro iclasında iştirak edəcək

Milli Məclisin deputatı QİƏT Parlament Məclisinin növbədənkənar Büro iclasında iştirak edəcək

Azərbaycan Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin növbədənkənar Büro iclasında iştirak edəcək. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Mayın 18-də Kiyevdə Ukrayna Ali Radasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə Parlament Məclisinin bu ilin yayında keçiriləcək növbəti sessiyası, təşkilatın gələcək əməkdaşlıq perspektivləri, indiki vəziyyəti və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər mayın 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə