Qərb müasirlik, insan hüquqları, demokratiya və bitərəflikdən danışmasın - Hulusi Akar

Hülusi Akar bəzi Qərb siyasətçilərinin Azərbaycan ordusunun Qarabağı "yandırdı və dağıtdı" ifadələrinə münasibət bildirib. SİA xəbər verir ki, Hulusi Akar "Bu qeyri-real ifadələr tamamilə səhv qiymətləndirmələrdir. Azərbaycan Ordusu orada beynəlxalq hüquqa zidd bir şey etməyib. Azərbaycanın gördüyü işin həqiqəti və mahiyyəti 30 ildir işğal altında olan ərazilərinin işğaldan xilas etməkdən ibarətdir. Hər kəs bunu bilməlidir. Bu cür çıxışlarla Azərbaycan ordusunu günahlandırmaq səhvdir. İnsanın vətənini qorumaq və işğal olunmuş əraziləri xilas etməsi müqəddəs bir vəzifədir. Azərbaycan Ordusu da bunu edir. Halbuki Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və şəhərlərini bütün dünyanın gözü qarşısında açıq şəkildə bombaladı. Bütün dünya bunu gördü, amma bəziləri hələ də kor, hələ də kardır. Bunların müasirlik, insan hüquqları, demokratiya və bitərəflikdən danışmaları həqiqətən mümkün deyil", - deyə o, vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə