"Ermənilər tarixi abidələrimizdən tövlə kimi istifadə edib" ÖZƏL-MÜNASİBƏT
"Ümumiyyətlə tarixi abidələr, tarixi miras, mədəniyyət abidələri, dini abidələr, dini məbədlər və s. bunlar bəşəriyyətin ortaq dəyəri hesab olunur". Bunu SİA-ya Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
"Bildiyiniz kimi II Dünya Müharibəsi dövründə xeyli tarixi abidələr zərər görmüşdür. Sonradan bu məsələyə beynəlxalq səviyyədə yanaşıldı və müxtəlif konvensiyalarda, xartiyalarda və s. həmin məsələlər öz əksini tapdı. Beləcə insanlığın, bəşəriyyətin ortaq dəyəri kimi qorunmasının vacibliyi ön plana çıxarıldı. O baxımdan bu məsələyə həm beynəlxalq, həm də ümumi dəyərlər sistemi çərçivəsində də baxmaq lazımdır. Hansıki bəşəriyyərin elə dəyərləri vardır ki, onlar fərqli şəkildə təzahür etsə də amma məna etibarilə bunlar bir-birini tamamlayan dəyərlərdir. Ermənistan 30 il işğal altında saxladığı torpaqlarımızdakı abidələrimizi, tariximizi vandalcasına dağıtmış və içərisində heyvanlar saxlayıb. Həmin tarixi abidələrimizdən onlar bir növ tövlə kimi istifadə edib və s. Bu sivil dünyanın dəyərlərinə qarşı vandalca qarşı çıxma idi. Ona görə də biz həm dəyərlər sistemi baxımından, həm də beynəlxalq hüquq çərçivəsində erməni vandallığını şahidi olduq. Bunlar torpaqlarımızı işğal etdikləri dövrdə orada abidələrimizi, eləcə də müharibə davam edərkən mülki əhaliyə, onların yaşadığı ərazidəki binalarla yanaşı bu cür abidələrə də son dərəcə aqressiv hücumlar etdilər. Təbii ki, bu bir daha erməni xislətini ortaya qoymuş oldu. Bununla əslində biz dünyanın gözündə Azərbaycan və Ermənistan cəmiyyətlərini, dövlətlərini müqayisə etdirmək imkanı qazanmış olduq",- deyə, M.İsmayılov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB