Sputnik Armenia agentliyinin yazdığına görə, onlara müdafiə nazirliyində kadr dəyişiklikləri ilə bağlı bəzi təfərrüatlar məlum olub. SİA xəbər verir ki, müdafiə nazirliyindən erməni agentliyə yaxın olan mənbənin bildirdiyinə görə, müdafiə naziri David Tonoyanın istefası onun öz istəyi ilə baş verməyib.
“Yalnız onu deyə bilərəm ki, Tonoyanın istefası onun öz qərarı deyil”, mənbə bildirib.
Lakin daha bir maraqlı detal budur ki, müdafiə naziri ilə yanaşı, qurumun mətbuat katibi Şuşan Stepanyanın da istefa verəcəyi bəlli olub.
Agentlik “Aravot” qəzetinə istinadən qeyd edib ki, yeni müdafiə naziri hazırda baş nazir Nikol Paşinyanın müşaviri vəzifəsini icra edən Vaqarşak Arutunyan olacaq. O, 1999-2000-ci illərdə Ermənistanın hərbi idarəsinin rəhbəri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB