Tonoyan istefa verdi Ermənistan mətbuatı yazır

Tonoyan istefa verdi Ermənistan mətbuatı yazır

Ermənistan müdafiə naziri David Tonoyan istefa verib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Aravot" nəşri informasiya yayıb.

Qeyd olunan kütləvi informasiya vasitəsində yayılan məlumatlara görə, Ermənistan hakimiyyəti hazırda Ermənistan baş naziri Nikol Paşinyanın müşaviri vəzifəsini icra edən Müdafiə Departamentinin rəhbəri Vaqarşak Arutyunyanı bu vəzifəyə təyin etmək istəyir.
“Əldə etdiyimiz məlumatlara görə, Tonoyanı 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olan, baş nazirin baş məsləhətçisi Vagharshak Arutyunyan əvəz edəcək", deyə nəşr yazır.
Xatırladaq ki, Ermənistanda istefalar dalğası davam edir. Baxmayaraq ki, kütlə, erməni cəmiyyəti birbaşa baş nazir Nikol Paşinyanın istefasını tələb edir, o da öz növbəsində nazirləri bir-birinin ardınca istefaya göndərməklə özünü xilas etməyə çalışır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə