Paşinyanın siyasi fəaliyyətində bu dəfə “aktivlik”, yəni, onun manipulyasiyası və avantürası hakim “Mənim addımım” partiyasında müşahidə edilir və cəmiyyətin ondan narazılıqları fonunda, "mənimlə qalmaq üçün sənə nə verə bilərəm?”, deyə erməni baş nazir tərəfdar toplamaq üçün bazarlıq edib. SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
“Önümüzdəki günlərdə Ermənistan hökumətində kəskin kadr dəyişiklikləri gözlənilir. Nikol Paşinyanın “başından çıxa tüstüsünü” səngitmək, üzərinə gələnləri qismən də olsa neytrallaşdırmaq üçün cəmiyyətdə ümid oyatmaq fikrindədir. Ermənistanın baş nazirinin “yol xəritəsi” irəli sürməsi, hökumətin 80%-ni dəyişdirmək qərarına gəldiyini bəyan etməsi də guya ki, “ciddi şəkildə” fəaliyyətə başladığı barədə görüntü yaratmaq, bir növ özünü göstərmək niyyətindən irəli gəlir”, deyə qəzet yazır.
Nəşr öz mənbələrindən əldə etdiyi məlumata istinadən yazır ki, Paşinyan “Mənim addımım” fraksiyasına bir müqavilə də təklif edib və deyib ki, baş nazirin etimadsızlığını tələb edənlərə qoşulmamaq, komandadan ayrılmamağınız üçün onlara nə verə bilər?
Görünür, rəhbərlik etdiyi, hakim partiyada da ona qarşı olanlar barədə erməni baş nazirinin dolğun məlumatları var. Bəlli olur ki, indi də Nikol Paşinyan hər zamankı kimi, vəziyyətdən çıxmaq üçün müəyyə hiylələrə əl atmağı planlaşdırır, amma buna nail olacağı heç inandırıcı görünmür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB