“Hərbi vəziyyətin saxlanılması azadlığın boğulması ilə əlaqəlidir” Ruben Melikyan
Ermənistan hərbi vəziyyət qanuni rejimində olmaqda davam edir və onun qorunub saxlanması bir sıra suallar doğurur. SİA xəbər verir ki, bu barədə "Past" qəzeti yazır.
“İnsanlar məntiqi bir sual verirlər ki, hərbi vəziyyət niyə qorunur? “Qanuni yol” həmtəsisçisi Ruben Melikyan müxbirimizə 10 noyabrdan etibarən hərbi vəziyyətə ehtiyac olmadığını bildirib və qeyd edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa girəndə atəşkəsə nəzarət etməyə başladılar. Onun sözlərinə görə, hərbi vəziyyətin qanuni rejiminin davam etdirilməsi qanunsuzdur”, deyə qəzet həmtəsisçi Melikyan fikirlərini stat gətirir.
Nəşr xüsusilə qeyd edir ki, hərbi vəziyyətin qorunması yalnız dinc toplaşmaq azadlığını və söz azadlığını boğmaq ehtiyacından qaynaqlanır.
“Bundan sonra Dağlıq Qarabağın sakinlərini qoruyan Ermənistan Respublikasının olmadığını ifadə edə bilərik. Əks təqdirdə 30 ildən çox yaşadığımız bir vəziyyətlə qarşılaşırıq. Məsələn, niyə 2018-ci ilin aprel ayında hərbi vəziyyət olmadı? Amma, bu rejimi o zaman tətbiq etmək yaxşı olardı. Yəni, bu günkü vəziyyət 2018-ci ilin aprelindəki vəziyyətdən fərqlənmir və o zaman niyə 2018-ci ildə olmayan hərbi vəziyyət indi davam edir?”, deyə qəzet xüsusilə vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB