Nikol və Anna erməni xalqının lənəti altında yaşamalıdırlar. Təbii ki, əgər yaşaya bilsələr. Yəni, erməni cəmiyyəti onlara yaşamaq imkanı versə. Bu yalnız bizim fikirlərimiz deyil və indi hadisələrin gedişindən, yəni, "küçə nümayişçisi"nin erməni cəmiyyətini fasiləsiz şəkildə aldatmasından, döyüş zamanı belə yalançı qələbələrdən dəm vuraraq xalqını çaşdırmasından xəbəri olan dünya ictimaiyyəti də bu qənaətdədir. Hətta erməni cəmiyyətində də onun yalançılığı, hiyləgərliyi, öz postunu qoruması naminə manipulyasiyaları kəskin şəkildə etirazlarla qarşılanır.
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın öz Facebook səhifəsində yazdıqları da təsdiq edir ki, təmsil etdiyi xalq öz baş nazirini, hətta onun döyüş meydanına yollanaraq selfi çəkdirib, bir növ əsgərləri ələ salan həyat yoldaşını da lənətləyir. Belə lənətlərə bir çox səlahiyyətlilərin dilindən də çox rast gəlinib.
"Nikol ölkəni dağıtdı", deyə erməni cəmiyyəti düşünür. Oğlanlarını qurban verdikləri qənaətindədirlər. Düşünürlər ki, həmin "küçə nümayişçisi" onların ruhunu belə zəhərləyib. Elə hesab edirlər ki, Nikol onların keçmişini murdarlayıb, gələcəklərini də satıb, eləcə də hamını bir-birinə düşmən edib. Özü də bütün bunları ictimaiyyət qarşısında edib.
Məsələ burasındadır ki, erməni cəmiyyəti anladı ki, xəyali olan "Yeni Ermənistan" deyilən cəfəngiyyatdır. Demokratiya deyilən bir şey Ermənistanda yoxdur. Olacağna da güman yoxdur. Heç bir ictimai rəy nəzərə alınmır. Bundan sonra bu ölkənin ziyalısı da olmayacaq, çünki hesaba alınmır. Yalnız tərəflər olacaq. Qarşıdurma tərəfləri. Bu ölkədə düz və ya səhv deyilən bir ölçü də gözlənilən deyil. Bu ölçüsüzlüyü də Nikol Paşinyan gətirdi deyə düşünənlər az deyil.
“Yeni Ermənistan"da azadlıq döyüşçüləri yoxdur. Çünki azadlıq özü yoxdur və bu səbəbdən də onun üçün döyüşən yoxdur. Ən əsası, əsgəri, döyüşçüsü başqasının torpaqlarında döyüşə göndərilir və tələf edilir. Özü də məcburi şəkildə. Bəzilərini zəncirlə bağlayaraq mövqelərdə məcbur saxlayırlarsa, belə bir ölkədə hansı dəyərlərdən, hansı azadlıqdan danışmaq olar və nəyə ümid edə bilər ermənilər?
Suverenlik də yoxdur. Çünki başqalarına arxalanaraq müharibəyə, döyüşə çıxan bir işğalçı ölkə buna görə çox məhrumiyyətlərlə qarşılaşdı. Əvvəla, döyüşdə məğlubiyyətinə görə, canlı qüvvə, hərbi texnika, silah-sursat olmaqla, çox şeydən məhrum oldu. Bu məhrumiyyətlər də başqa məhrumiyyətləri doğurdu. Digər tərəfdən Rusiyadan ödənişsiz əsaslarla aldıqlarının müqabilində ölkənin gələcəyi, varı-yoxu rusların bir növ ayaqları altına atıldı. İndi hansı suverenlikdən dəm vura bilər Nikol və onunla eyni ağılda olan ağılsızlar?
Çox şeydən məhrum oldular. Bunun üçün də insanları, vətəndaşları günahkar çıxarmağa çalışanlar həyasızlığın son həddini nemayiş etdirir. Ermənistan vətəndaşları hələ 2018-ci ildə aldadıldı və onların halı vəhşicəsinə dağıdıldı. Küçə nümayişçisi buna nail oldu. İşğalçı ölkə vətəndaşları bir xaini seçdi və inadla seçimindən imtina etmək istəmədi, onu ardıcıl olaraq təsdiqlədi. İndi bu cəmiyyətin daxilindəki partlayışlar da məhz bu səbəbdən başadüşüləndir. Çünki, cevriliş yolu ilə də olsa özünü hakimiyyət kürsüsünə yerləşdirən, baş nazir postunu qamarlayan birini təsdiqləyən vətəndaşlar bunun müqabilində indi onun xəyanətkarlıqlarını ortara çıxarırlar və bundan dəhşətə gəlirlər. Gör vəziyyət nə yerdədir ki, yalan danışmaq üzrə, yalançılıqda “ixtisaslaşmış” erməni toplumu, hətta onun lobbisi belə Nikol Paşinyanın yalançılığından, daha doğrusu yalançılıq səviyyəsindən şok yaşayır. Bu qədər amansızlıqla manipulyasiya etməyin mümkün olduğuna ermənilər belə hələ də inana bilmirlər. İrəvanın küçələrindəki qəzəb, hirs tam şəkildə aydındır. Bu, Nikola, onun mütrüflük edərək döyüş zonasında sekfi çəkdirib pozlar verən arvadına olan lənətdir ki, yağdırılır. Hətta, keçə nümayişçisinə onların din xadimlərinin timsalında, bəziləri tərəfindən qarğışlar da edilir.
Sanki, Nikol Paşinyan bu vaxta qədər Ermənistan ictimaiyyətini, bu ölkənin vətəndaşlarını hipnoz etmişdi və indi kütlə bu hipnozdan ayılır. Bu ölkənin Azadlıq meydanında insanlar yığışıb qəzəblərini ifadə edirlər. Erməni xalqı deyilən bu toplum beli çantalı küçə nümayişçisinin məkrli ssenarisi ilə hadisələrin qurbanı olduğunun fərqindədir deyə, artıq lənəti də ortaya çıxır. Görəsən indi Nikol Paşinyan şərəf və ləyaqət haqqında necə qışqıracaq? Ümumiyyətlə, nə deyib qışqıracaq?
Şübhəsiz ki, ölən erməni əsgərlərinin ağrıdan əziyyət çəkən analarının, ürəkləri qubar olan ataların, sahibsiz qalan dul gəlinlərinin, yetim qalan balalarının ahı Nikol və Anna üçün dəhşətə çevriləcək. Həmin ah-nalədən sonra bu cütlüyü hansı aqibət gözlədiyi də təxmin ediləndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB