Tiqran Abramyan güc strukturlarına anti-Paşinyan çağırışı etdi Fəaliyyətə keçin!

Tiqran Abramyan güc strukturlarına anti-Paşinyan çağırışı etdi Fəaliyyətə keçin!

“Onik Qasparyan, David Tonoyan görürsünüz nə baş verdi? Hərəkətə keçin, çünki oyun masasına ermənilərin, ordumuzun, dövlətçiliyimizin mövcudluğu qoyulub”.

SİA xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində “Enaket” anlitik mərkəzinin rəhbəri, hərbi analitik Tiqran Abramyan yazıb.

“Görürsünüz ki, bizim ordumuzla, zabit poqonlarımızla, şərəf və ləyaqətimizlə bağlı nə baş verir?”, sualını edən Abramyan bildirir: “Onun (Paşinyanın) silahlı qüvvələrə müdaxilə etməsi, sizləri daxili siyasi şoulara qatması, hazırkı məqamda vətəndaş qarşıdurmalarının yaranması anonsunun verilməsi barədə mən sözə xəbərdarlıq etmişdim. Sizin öz nüfuzunuzu xilas etməyiniz üçün hələ ki, şansınız var. Fəaliyyətə keçin...”

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” sosial şəbəkəsində bu cür yazı ilə çıxış edib: “Mən bu gün cəbhədə olan onlarla əsgərə baxdım. Mən oğlanların dayanıqlığına görə dəhşətə gəlmişəm. Oğlanlar, siz haqlısınız. Sizi İrəvanda divarlar altında ulayanlarla bağlı məsələni birdəfəlik həll etmək üçün gözləyirəm. Mən sizinlə fəxr edirəm”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə