Oktyabrda Avstriya prezidenti Hayns Fişer Azərbaycana səfər edəcək

Oktyabrda Avstriya prezidenti Hayns Fişer Azərbaycana səfər edəcək

Cari ilin oktyabr ayında Avstriya prezidenti Hayns Fişer Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç məlumat verib. O bildirib ki, indi səfərlə əlaqədar olaraq hazırlıq işləri gedir. Səfirin sözlərinə görə, prezidentin səfəri çərçivəsində iki ölkə arasında bir neçə saziş və anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur. Sənədlərin əsasən iqtisadiyyat və mədəniyyət sahəsinin əhatə edəcəyini deyən Silvia Mayer-Kaybiç vurğulayıb ki, hazırda danışıqlar prosesi getdiyindən bu barədə danışmaq hələ ki, tezdir.

Avstriyanın ölkəmizdəki səfiri onu da əlavə edib ki, prezidentin səfərindən öncə Vyanadan biznesmenlərdən ibarət böyük nümayəndə heyəti Azərbaycana gələcək: "Bu səfər cari ilin sentyabr ayında baş tutacaq. Forum prezidentin səfəri ilə əlaqədar təşkil olunacaq. Nümayəndə heyəti Bakıda keçiriləcək Azərbaycan-Avstriya biznes forumunda iştirak edəcək. Bu, Azərbaycanla Avstriya arasında keçiriləcək ikinci forum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə