Paşinyandan xalqa “ulayır”lar söyüşü: istefalara start verildi QARŞIDURMA
Ermənistan parlamentinin hakim “Mənim addımım” partiyasının deputatına qarşı ölüm təhdidi irəli sürülüb. Buna səbəb deputatın baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid etməsidir. SİA xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində yazan ölkə obmudsmanı Arman Tatoyan yazıb. Onun sözlərinə görə, adının açıqlanmasını istəməyən hakim partiyanın deputatı tənqidinə görə, təhdid zəngləri alır.
Ombudsman bildirib ki, polis dərhal hərəkətə keçməli vəd deputatın təhlükəsizliyini təmin etməlidir.
Qeyd edək ki, elə Ermənistanın ombudsmanı da Nikol Paşinyanın ötən gecə sosial şəbəkədə yazdığı müraciətini pisləyib. Belə ki, erməni baş nazir Qarabağdakı hərbçiləri İrəvana çağıraraq, hasar dibində ulayanlarla birdəfəlik qurtarmağa səsləyib. Ombudsman bəyan edib ki, baş nazirin ifadələri çox təhlükəlidir və vətəndaş qarşıdurmasına səbəb ola bilər.
Xatırladaq ki, Paşinyanın bəyanatından dərhal sonra hakim komandanın aparıcı üzvləri – baş nazirin müavini Varaq Siseryan istefa verib və eyni zamanda “Vətəndaş sazişi”ndən çıxıb. Onun ardınca “Mənim addımım” partiyasından Qayane Abrahamyan, digər deputat Taquhi Tovmasyan, Lusine Badalyan istefa veriblər. İstefaların bu gün də davam ediləcəyi istisna olunmur. Onlar Paşinyanın xalqı təhqir etdiyini və məğlubiyyətin əsas baiskarı olduğunu ifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB