Paşinyanın partiyasından qaçış başlandı

Paşinyanın partiyasından qaçış başlandı

Bir neçə millət vəkili Ermənistanın hakim partiyasını tərk etdiklərini elan ediblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hakim partiyanı tərk edənlər bunun səbəbini onunla izah edirlər ki, Paşinyan və onun hakimiyyət komandası dialoq yolu ilə gərginliyi yumşaltmaq, azaltmaq əvəzinə səhv ardınca yenə səhv edir.

Məlumatda qeyd olunur ki, Paşinyanın "Mənim addımım" blokundan olan millət vəkili Taqui Tovmasyan, baş nazirin qalmaqallı statusundan sonra hakim parlament fraksiyasından ayrıldığını elan edib.

Deputatlar Qayane Abrahamyan və Lusine Badalyan da Paşinyanın "Mənim addımım" parlament fraksiyasından çıxdığını elan ediblər.

Bundan əlavə, Ermənistan baş nazirinin müavini Varaq Siseryan, Paşinyanın son müraciətindən sonra vəzifəsini tərk etdiyini və hakim partiyadan olan "Mülki Müqavilə" dən getdiyini də söyləyib.
Xatırladaq ki, əvvəllər Nikol Paşinyan yazmışdı ki, cəbhə bölgəsindən gələn əsgərlərin onlarla videosuna baxıb və indi onları İrəvanda gözləyir. Qeyd edib ki, onlar nəhayət divarların altındakı sızıltı problemlərini həll etsinlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə