Millətinlə baş-başa daim var ol, sən yaşa əziz Prezidentimiz! - Jalə Əliyeva
"Əsrə bərabər 44 günlük əzmli mübarizəmizin nəticəsində işğal altında olan torpaqlarımızın ard-arda işğaldan azad edilməsindən sonra10 noyabr tarixində imzalanan 3 tərəfli bəyanat Azərbaycanın qəti qələbəsi Ermənistanın isə tam məğlubiyyətidir. Bu üçtərəfli bəyanat həm hərbi, həm siyasi, həm də diplomatik qələbəmiz deməkdir. Biz Laçını, Kəlbəcəri, Ağdamı döyüş olmadan, şəhid vermədən qan axıdılmadan azad edirik". SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva Milli Məclisin plenar iclasındakı çıxışında deyib.
Deputat bildirib ki, bu bəyanatla Dalıq Qarabağ statussuz qaldı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi: "Xalq bu gün bayram içərisindədir. Xalq böyük xoşbəxtlik hissləri yaşayır. Xalq prezidentine, ordusuna, əsgərinə minnətdar, şəhidlərin ruhu qarşısında dualardadır. Bu gün Azərbaycanda xalq, ordu, prezident vəhdəti özünün ən yüksək zirvəsindədir. İndi qarşıda bizi böyük işlər gözləyir. Böyük vətənin ayrılmaz parçası olan cənnət Qarabağımıza tarixi simasını qaytaracağıq. Bu qədimliyə sadiq qalaraq, onu daha müasir, daha möhtəşəm layihələrlə bəzəyəcəyik. İnsanımız öz torpaqlarına, öz yurdlarına qayıdacaq. Toy-bayrama qarışacaq həmin torpaqlarda. Buna əminliyimiz tamdır. Amma bu möhkəm əminliyi laxlatmaq əzmində olan, bu möhtəşəm qələbəyə kölgə salmaq istəyən, bütün zamanlarda ağa qara deməkdən usanmayanlara buradan səslənmək istəyirəm. İnsanları çaşdırmayın. Həqiqətləri çarptırmayın. 30 ildir əyilən qəddimizi düzəltmiş, 30 il həsrətində olduğumuz xəbəri almışıq. 30 ildir ki, gözümüzün yollarda qaldığı torpaqlara qayıtmışıq. Azərbaycanın 30 illik işğalına birdəfəlik son qoyduq".
J.Əliyeva vurğulayıb ki, buraxın sevincimizi sona qədər yaşayaq: "Biz gəlmişik, biz qayıtmışıq. Biz Şuşada, Zəngilanda, Ağdamda, Ağdərədə, Qubadlıda, Cəbrayılda, Xocalıda, Xocavənddə, Xankəndidəyik. Eşidirsizmi!? Bu torpaqlar artıq bizimdir. Üçrəngli bayrağımız bu torpaqlarda dalğalanır və dalğalacanaq. Baxın budur əsas məsələ. Budur əsas qələbə. Qələbəmiz haqqımızdır. Qarabağ artıq bizimdir. Qarabağı yenidən bizim edən Ali Baş Komandan, Prezident İlham Əliyevə şükranlarımız sonsuzdur. Cənab Prezident bu günlərdə xalqımızın sizə səsləndiyi kimi səslənəcəyəm bu tribunadan. Qurucu, xilaskar, qalib sərkərdə, Milli Qəhrəman, Xalq Qəhrəmanı. Bəli bu titulları sizə xalq verib artıq. Hər zaman bizimlə olun cənab Prezident. Sizi vəzf etməyə sözlər acizdir. Bu şücaət önündə baş əyirik. Millətinlə baş-başa daim var ol, sən yaşa əziz Prezidentimiz!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB