Azərbaycan Prezidenti Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilmiş
Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul
edib. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Qafqaz Xalqları Ali Dini Şurasının
Azərbaycanın paytaxtında keçirilmiş hesabat konfransının mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında hərtərəfli və sıx əməkdaşlığın, dini mövzuda müxtəlif tədbirlərin və dini liderlərin qarşılıqlı səfərlərinin Qafqazda sabitliyin, təhlükəsizliyin və etimadın möhkəmləndirilməsində vacib rol oynadığını qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın qısa müddətdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolunu xarakterizə edib, respublikamızda vicdan azadlığına, dini və milli mənəvi dəyərlərə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini və müqəddəs dini ocaqların qorunduğunu bildirib.
Terrorizm, ekstremizm və digər dünyəvi problemlərə qarşı mübarizədə Azərbaycanın öncüllər sırasında olduğunu deyən Prezident İlham Əliyev düzgün gənclər siyasətinin aparılmasının vacibliyini də xüsusi qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının yüksək səviyyədə keçdiyini və mühüm qərarların qəbul olunduğunu deyib. A.Paşazadə ulu öndər Heydər Əliyevin hərtərəfli səyləri nəticəsində Azərbaycanda dini və milli mənəvi dəyərlərə dövlət səviyyəsində həssas münasibət göstərildiyini və bu siyasətin indi də uğurla davam etdirildiyini söyləyib. Şeyxülislam dindarların bundan sonra da Qafqazda sülh, sabitlik və hərtərəfli inkişafa töhfələrini əsirgəməyəcəklərini vurgulayıb.
Dağıstan Müsəlmanları Ruhani idarəsinin sədri, müfti Əhməd Abdullayev Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın getdiyini və milli mənəvi dəyərlərin uca tutulduğunu bildirib.
Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Soltan Mirzəyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Qonaq Azərbaycanın sosial-iqtisadi sahədə qısa müddətdə əsaslı inkişaf yolu keçdiyini deyib.
Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani idarəsinin sədri, müfti Hacımurad Qatsalov və Adıgey Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Nurbiy Yemij Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsində və regional inkişafda Azərbycanın vacib rol oynadığını qeyd edib.
MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri Abbas Abbasov dinlərarası dialoqun möhkəmləndirilməsi üçün bundan sonra da hərtərəfli tədbirlərin həyata keçiriləcəyini deyib.
Prezident İlham Əliyev qonaqlardan Şimali Qafqaz respublikalarının rəhbərlərinə salamlarının və xoş arzularının çatdırılmasını xahiş edib, Qafqaz Xalqları Ali Dini Şurasının Bakıda keçirilmiş hesabat konfransının iştirakçılarına uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB