"Bu gün Azərbaycan dövrünün ən qürurverici mərhələsini yaşayır" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycan dövrünün ən qürurverici mərhələsini yaşayır" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycan öz dövrünün ən şanlı, ən şərəfli və ən qürurverici mərhələlərindən birini yaşayır. Azərbaycan cəbhə bölgəsindəki qələbəsini danışıqlar masasında da əldə etdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, sentyabrın 27-dən etibarən bugünə qədər Azərbaycan bir neçə rayonu işğaldan azad etmişdi və bugün də əldə olunan razılaşmaya əsasən artıq Azərbaycanın bir neçə rayonu işğaldan azad olunur: "Bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla həyata keçirdi. Həyata keçirilən siyasətin əsasını ümumilli lider Heydər Əliyev qoymuşdur. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan çox böyük uğurlara imza atdı və onu da qeyd edək ki, işğal altında olan torpaqlarımızın azad olunmasında və bu uğurun əldə olunmasında son 30 il ərzində Azərbaycan tərəfindən həyata keçirilən siyasət çox ciddi rol oynadı. Bu müddət ərzində Azərbaycan kifayət qədər ciddi diplomatik siyasət həyata keçirdi və çox böyük uğurlara imza atdı.

Son 30 ildə çox böyük ordu quruculuğu siyasəti həyata keçirildi, müasir texnologiyalara sahib oldu. Bu gün Azərbaycan müharibə meydanında yeni texnolgiyalar, yeni üsullar, yeni metodlar tətbiq etdi. Bu da Azərbaycanın əldə etdiyi uğurların böyük bir göstəricisidir. Bu gün regionda müstəqillik tarixi qədim olan bir çox dövlətlər və ölkələr var. Ancaq onlar hazırda öz ölkələri daxilindəki münaqişələri həll edə bilmirlər. Bu ölkələr nə ordu, nə də dövlət qurmağa nail ola bilməyiblər. Amma Azərbaycan bunu çox uğurla həyata keçirə bildi və bugün də həyata keçirməyə davam edir. Azərbaycanın uğurları böyükdür və gettikcə də bu uğurların sayı daha da artacaq. Azərbaycan tezliklə qarşıya qoyulan məqsəd və hədəfə nail olacaq. Qarabağ Azərbacandır. Yaşasın Azərbaycan dövləti, yaşasın Azərbaycan xalqı. Tanrı dövlətimizi qorusun".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə