“Ermənistan uçurum qarşısındadır” ÖZƏL-MÜNASİBƏT

“Ermənistan uçurum qarşısındadır” ÖZƏL-MÜNASİBƏT

"Düşmən məhvə məhkumdur. Çünki o ədalətsizdir, qaniçəndir qatildir, təcavüzkardır. Nəinki Azərbaycan xalqına, eləcədə insanlığa, bəşəri dəyərlərə xəyanət edir, beynəlxalq hüquq normalarına məhəl qoymur, eləcə də qəbul olunmuş qərar və qətnamələri saymır, özünün faşist ideologiyası, çirkin hərəkətləri ilə müharibənin daha da genişləndirilməsinə, insan qırğınına yol açır. Biz isə haqq yolundayıq, torpaqlarımızın işqaldan azad olunması üçün müharibə aparırıq." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan xalqı, xalqımıza dəstək verən, haqqımızı müdafiə edən və reallıqları qiymətləndirən hər bir insan bu fikirdədir.
"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev də öz xalqının istəyini, məqsədini, torpaq, vətən amalı uğrunda mübarizəsini yüksək dəyərləndirir və öz qətiyyəti, əməli ilə daima xalqla bir olduğunu sübut edir. İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə dövlətimizin başçısı xalqın və özünün qəti mövqeyini, fikrini ortaya qoymuşdur. "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik, başqa yol qalmır, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü qan tökülməsinə görə məsuliyyət daşıyan belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq", deyə bildirən Azərbaycan Prezidentinin bu ifadələri torpaqlarımızın erməni təcavüzkarlarından azad olunması uğrunda mübarizədə qətiyyətini, dönməzliyini, ədlətin bərpa olunması üçün mübarizliyini, həm də qan tökülməməsi yolunda insanpərvərliyini, bəşəri dəyərlərə sadiqliyini göstərir.
"Bizim savaşımız müqəddəs savaşdır", "Biz tarixi ədaləti bərpa edirik" fikirlərini ən mötəbər tədbirlərdə, çoxsaylı müsahibələrdə, görüşlərdə dəfələrlə səsləndirən dövlətimizin rəhbəri bu müsahibəsində də bir daha xatırlatmışdır ki, nə qədər gec deyil erməni silahlı qüvvələri Azərbaycanın işqal olunmuş torpaqlarından çıxıb getməlidirlər. Onlar döyüş meydanında döyüşməlidirlər, dinc əhaliyə hücum etmək , döyüş xəttindən xeyli uzaqda yerləşən şəhər və kəndləri atəşə tutmaq, insanları qətlə yetirmək, terror törətmək, mülki obyektləri dağıtmaq vəhşilikdir. "Onlar qorxaqdıar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar", deyə Cənab Prezidentimiz vəziyyəti tam real şəkildə təsvir edib.
Sözsüz ki, qaçmalıdırlar. Çünki Ali Baş Komandanımızın dediyi kimi, ermənilər qorxaqdırlar, ədalətsizdirlər, xəyanətkardırlar. Biz isə haqq yolundayıq, yalanı qovacaq, torpaqlarımızı azad edəcək, qələbə qazanacağıq. Buna şübhə ola bilməz. Qarabağ Azərbaycandır!", deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə