Azərbaycan Qarabağ problemini qışdan əvvəl həll etməyə çalışır - ANALİZ

Azərbaycan Qarabağ problemini qışdan əvvəl həll etməyə çalışır - ANALİZ

Rusiyanın “Riafan” Federal İnformasiya Agentliyi Qarabağ döyüşləri ilə bağlı analitik yazı dərc edib. Yazını oxucularımıza təqdim edirik.

Qarabağda dağlıq hissəsində həftənin sonuna qədər hava şəraitinin pisləşəcəyi gözlənilir və nəticədə Azərbaycan hava üstünlüyündən fəal istifadə etmək üçün vaxtı tükənir. Bu fonda Şuşa və Qırmızı Bazar yaxınlığında aktiv döyüşlər gedir.

Əməliyyat mühiti

Sinoptiklər bildirirlər ki, yaxşı hava həftənin sonuna qədər bitə bilər və bundan sonra kəskin soyuq hava olacaq. Aydındır ki, Azərbaycan silahlı qüvvələrinin komandanlığı da bunu başa düşür və ötən gün ərzində 2 istiqamətdə hücumu gücləndirdi:

- Laçın-Stepanakert magistral yolunu bağlamağa çalışmaq üçün Şuşinin cənub-qərbində;

- Martunini müdafiə edən erməni qrupunun təchizatını dayandırmaq üçün Qırmızı bazarın şimalında.

Dolayı əlamətlərə görə, Azərbaycan qoşunlarında uğurlar var. Şuşa istiqamətində Turşsu kəndinin cənubundakı xəttə çatdıqları bildirilir ki, bu da əslində, Laçına gedən yola atəş nəzarətindən danışmağa imkan verir.

Çartar kəndinin Qırmızı bazarın şimalında yerləşən bölgəsində də erməni tərəfi bəzi mövqelərini itirdiyini etiraf edir.

Azərbaycan aviasiyası Qarabağda erməni ordusunun ehtiyatları olan sütunlar üzərində fəal şəkildə işləyir və Martunidə qruplaşmanı gücləndirməsinə imkan vermir. İşlər bu şəkildə davam edərsə, erməni qoşunları üçün bir "katyol"un meydana gəlməsi istisna deyil.

Bu fonda Azərbaycan Silahlı Qüvvələrinin birbaşa Laçına getmək marağında müəyyən bir azalma olduğunu bildirmək olar, bu da Şuşaya yaxın marşrutla irəliləmək və dar bir vadidəki hücumda enerji sərf etməməklə əlaqədardır. Buna görə də erməni ordusu vaxtaşırı olaraq cəbhə miqyasında heç bir şeyə təsir etməyən əks-hücum cəhdləri edirlər.

Bu yaxınlarda yaranmış başqa bir meyli qeyd etmək yerinə düşər- Azərbaycan qoşunlarının Ermənistan əsgərlərini və komandanlığını ovlamağa başladığı getdikcə daha aydın olur. Elə son bir gündə Ermənistan tərəfi Qarabağdakı rejimin hərbi komandanının müavini Artur Sarkisyan və polkovnik Sergey Şakaryanın Çartar kəndi yaxınlığında bir konvoya hücum nəticəsində öldüyü barədə məlumat verdi.

“DQR prezidenti” Arayik Arutyunyan və keçmiş müdafiə naziri Cəlal Harutyunyanın vəziyyəti də şübhə altındadır. Komandanlıq və idarəetmə heyətinin pilotsuz təyyarələrlə vurulması mümkündür, lakin avtomobillərin və sütunların irəliləməsinin vaxtını bilmək üçün, erməni qərargahından məlumat sızması da ehtimal edilir.

Bu, Azərbaycanın Su-25 hücum təyyarələri və pilotsuz uçuş aparatlarından səmərəli istifadə etməsinə imkan verən hava hücumundan müdafiə sisteminin faktiki olmaması kimi bir xüsusiyyəti bir daha qeyd edək.

Gün, Azərbaycan Prezidenti İlham Əliyevin yeni yaşayış məntəqələrinə nəzarəti ələ keçirməsi barədə verdiyi ənənəvi açıqlamasız keçmədi, lakin Azərbaycan qoşunlarının əksəriyyəti onsuz da cəhbənin dərinliklərindədir.

Bu fonda İrəvan, Rusiyaya və KTMT-yə müraciətində Ermənistan ərazilərini atəşə tutma ilə bağlı açıqlamalar verməkdən əl çəkmir. Azərbaycan əsgərlərinin David Bek kəndi yaxınlığında atəşə tutulması nəticəsində 2 mülki şəxsin yaralandığı bildirilir.

Beynəlxalq mühit

Diplomatik cəbhədə gün ərzində nisbi bir sakitlik var idi. Azərbaycan Prezidenti İlham Əliyev hazırda Rəcəb Ərdoğanın sərbəst köməkçisi vəzifəsində çalışan keçmiş Baş nazir Binəli Yıldırımın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti ilə görüş keçirdi. Eyni zamanda, ziyarətin əsl səbəbi rəsmi ifadələrin pərdəsinin arxasında qaldı.

Öz növbəsində İrəvan Baş nazir Nikol Paşinyanın Ermənistana hərbi yardım göstərmək üçün məsləhətləşmələrin başlaması barədə Rusiya Prezidenti Vladimir Putinə məktubunu şərh etdi. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan məktubun "düşmən qüvvələrinin toplanması və yerləşdirilməsi Rusiyaya üz tutmağın vaxtının gəldiyini və vəziyyətin Ermənistan sərhədləri üçün bir təhlükə olduğunu" ifadə etdiyi bir vaxtda göndərildiyini bildirdi.

Beləliklə, cəbhədəki vəziyyətin inkişafı baxımından çox vacib olacaq önümüzdəki 3-4 gün Qarabağ uğrunda döyüşdə həlledici ola bilər, amma erməni qoşunları Azərbaycanı hələ də qış kampaniyasına sürükləməyə ümid edir.

Tərcümə: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə