Rusiya Paşinyanın Ermənistana təhlükəsizlik məsələlərində dərhal kömək istəməsi barədə məktubuna cavab verib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytında da informasiya yer alır və informasiyaya görə, Rusiya XİN Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident Vladimir Putinə müraciəti ilə əlaqədar bir açıqlama yayıb.

Məlumata görə, baş nazir Nikol Paşinyanın Rusiya prezidentinə Ermənistan Respublikasına təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını təyin etmək üçün məsləhətləşmələrə başlamaq istəyi ilə əlaqədar ünvanladığı məktubuna cavab olaraq Rusiya tərəfi bildirib ki, ölkələr arasındakı öhdəliyə əsasən, bu müqavilənin bir sıra maddələri bir-birinin ərazisi ilə əlaqəli silahlı hücum və ya təcavüz aktı təhlükəsi olduqda konkret hərəkətləri nəzərdə tutur. Bildirilir ki, müqaviləyə uyğun olaraq, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya İrəvana lazımi bütün köməkləri göstərəcəkdir.

Əslində, Rusiya prezidenti Vladimir Putin növbəti dəfə Nikol Paşinyanın cavabını verib və nəzərinə çatdırıb ki, Azərbaycan torpaqlarındakı münaqişəyə ölkəsinin qarışması bu müqavilənin maddələrinə ziddir. Bir sözlə, Vladimir Putin Ermənistanın baş nazirinə rəsmi şəkildə bildirib ki, Rusiya bu münaqişəyə qarışmayacaq və kömək gözləmələri də əbəsdir.

Xatırladaq ki, Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin bu il oktyabrın 10-da Moskvada əldə etdikləri razılaşmalara uyğun olaraq münaqişənin təməl prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini dərhal atəşkəsə, gərginliyin azaldılmasına və danışıqlara qayıtmağa çağırıb, amma işğalçı ölkə bu çağırışların heç birinə məhəl qoymayıb. Qeyd edək ki, humanitar atəşkəs barədə danışıqlara belə baxmayaraq Ermənistan tərəfi atəşkəsin başladığı andan etibarən də Azərbaycanın mülki əhalisinin məskunlaşdığı əraziləri, kənd və şəhərləri, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, sanaye şəhəri olan Mingəçeviri, Bərdəni, Tərtəri, Ağcabədini qadağan olunmuş silahlardan atəşə tutaraq beynəlxalq Cenvrə konvenvensiyasını da kobud şəkildə pozub və hələ də pozmaqda da davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə