Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik Azərbaycan Prezident

Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik  Azərbaycan Prezident

Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik.

SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə