“Ölümcül əməliyyat başlayır İrəvan üçün” Yuri Podolyaka

Azərbaycan Ordusu Dağlıq Qarabağın cənub istiqamətində hərbi ekspertlərdə heyranlıq doğuracaq qədər mühüm irəliləyiş əldə edib. SİA xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Yuri Podolyaka Yutub kanalında bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin müdafiə sistemi hazırda tükdən asılıdır.
"Yaxın günlərdə Ermənistan silahlı qüvvələrinin Qırmızı bazardan çıxmasını müşahidə etmək mümkün olacaq, çünki bu istiqamətdə qalmağın artıq bir mənası yoxdur. Qırmızı bazarın ərazisi tamamilə təmizləndikdən sonra Azərbaycan Ordusu Şuşa şəhərini azad etmək üçün əməliyyata başlayacaq", deyə hərbi analitik bildirib.
Analitik qeyd edib ki, Azərbaycan Ordusunun növbəti irəliləyişi Ermənistan silahlı qüvvələri üçün artıq ölümcül olacaq.
"Artıq Ermənistan silahlı qüvvələrinin sıralarında ciddi canlı qüvvə çatışmazlığı müşahidə olunur. Məhz bu səbəbdən onlar Xocavəndə də nəzarət edə bilməyəcəklər", deyə Yuri Podolyaka bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...