Bakıda Türkdilli Dövlətlərin TS Palatasının növbədənkənar iclası keçiriləcək

2020-ci ilin noyabr ayının 2-də Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının "Azərbaycanda sosial və iqtisadi inkişafın yeni dövrü" mövzusunda növbədənkənar iclası keçiriləcək. SİA xəbər verir ki, clasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türk Odalar və Borsalar Birliyinin (TOBB) rəhbəri Rifat Hisarcıklıoğlu, Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycan Respublikası İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Macarıstan Ticarət və Sənaye Palatasının sədri Lazslo Parraq, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov, Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının sədri Marat Sharshekeev və Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının sədri Adham İkramov iştirak edəcək.

İclasda həmçinin üzv dövlətlərin Azərbaycandakı səfirləri, yüksək vəzifəli məmurlar, dövlət rəsmiləri və özəl sektor nümayəndələri də iştirak edəcəklər. Türk dünyasının Dağlıq Qarabağda davam edən müharibədən zərərçəkənlərə dəstəyinin ifadəsi olaraq Türk Şurasının Baş Katibi və Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının rəhbərləri tərəfindən material və avadanlıq daşıyan yardım TIR-ı görüş yerindən yola salınacaq. Noyabr ayının 2-də Fairmont Hoteldə saat 10:45-də yardım TIR-nın yolasalma mərasiminə, saat 11:00-da TOBB-un növbədənkənar iclasının açılışına və saat 12:45-də keçiriləcək mətbuat konfransına media nümayəndələri dəvətlidir.

Mətbuat akkreditasiyası və ya proqram haqqında əlavə məlumat üçün, Kahraman Halisçelik (mobil: +90 530 6817102) və Fərrux Jumayev (mobil: +90 531 3187506) ilə əlaqə saxlamanız xahiş olunur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...