Prezident İlham Əliyevin real saydığı 2+2 formatı - ŞƏRH

"Ermənistanın bizim regionda sülh və təhlükəsizlik üçün əsas təhdid mənbəyi olduğunu nəzərə alsaq Prezident İlham Əliyevin "İnterfaksa" dediyi kimi, müharibədən sonra da Türkiyənin Cənubi Qafqazda legitim fəal qüvvə kimi qalması sözügedən təhdidi zərəsizləşdirməyin ideal yoludur". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin fikrincə, qardaş Türkiyənin artıq regionumuzda güclü faktor kimi olması Minsk qrupu ilə yanaşı 2+2 (yəni Azərbaycan-Ermənistan +Türkiyə-Rusiya) barədə İlham Əliyevin istisna etmədiyi formatın reallaşma imkanlarını xeyli asanlaşdırır: "Yəni hərbi fazadan danışıqlar fazasına keçəndən sonra Qarabağ münaqişəsinin həlli ilə yaxşı tanıdığımız Minsk qrupu da, İlham Əliyevin real saydığı 2+2 formatı da məşğul ola biləcək. Necə deyərlər, yağın çoxluğunun plova ziyanı olmayacaq. Bu formatlardan hansının isə daha real nəticə ortaya qoyacağına sonra baxacağıq".

A.Quliyev vurğulayıb ki, üstəlik 2+2 formatındakı Türkiyə -Rusiya əməkdaşlıq tandemi münaqişədən sonrakı on illər boyunca Ermənistanın mümkün yeni təcavüzkar planlarını bir çərçivədə saxlayan ən etibarlı mexanizmə çevrilə bilər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə