Korotçenko: "Ermənistan-Azərbaycan sərhədində iri təxribata hazırlıq işləri gedir" ŞOK PROQNOZ

"Son bir neçə gün ərzində Ermənistanın Milli Təhlükəsizlik Xidmətində (MTX) baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə bir sıra kadr dəyişiklikləri baş verib: MTX-nin sərhəd qoşunlarının komandanı, polkovnik Vaqinak Sarqsyan və MTX-nin əks-kəşfiyyat departamentinin rəisi, general-polkovnik Ovanes Karumuan istefaya göndərildilər". SİA xəbər verir ki, bu barədə Rusiyanın tanınmış hərbi-siyasi analitiki İqor Korotenko baş verənləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan tərəfindən istefaya göndərilən hər iki rəhbər şəxs çekist kadrı olaraq peşəkar kimi tanınırlar. Korotenko bildirib ki, Vaqinak Sarqsyan Ermənistanın Çin Xalq Respublikasındakı səfirliyində hərbi arttaşe kimi fəaliyyət göstərib, eyni zamanda daha iki il Ermənistanın Rusiyada həmin vəzifəsini icra edib: "2016-cı ildə Ermənistan silahlı qüvvələrinin baş qərargahındın kəşfiyyat idarəsinə rəis təyin olunub. 2018-ci ildən isə sərhəd qoşunlarına komandanlıq edib. General Ovanes Karumyan isə öz həyatını MTX-nin əks-kəşfiyyatında keçirib".

Rusiyalı hərbi-siyasi ekspert bu vasitə ilə nəzərə çatdırıb ki, hər iki şəxsin bioqrafiyaları və vəzifələri onların Rusiyanın xüsusi xidmət orqanları ilə sıx təmasda olmalarına dəlalət edir: "Belə çıxır ki, Paşinyan hərbi vəziyyət zamanı Rusiyaya yaxşı tanış olan iki çekist kadrını işdən çıxarıb. İki peşəkarın motivləri açıqlanmadan istefaya göndərilməsi presedentsiz haldır. Vaqinak Sarqsyana və Ovanes Karumyana qarşı yaranan şübhələr və ittihamlar rəsmi olaraq formallaşdırılmayıb, ona görə də bunu rusiyayönümlü kadrların Ermənistanın dövlət təhlükəsizliyi sistemindən çıxarılması kimi qiymətləndirmək olar. Belə ki, Paşinyan onları şəxsən təhlükə potensialı kimi görüb".

"MTX-nin sərhəd qoşunlarının rəhbərinin istefasında diqqət sərhəd insidentləri fonunda diqqət çəkir", deyən Korotçenko bildirib ki, Ermənistanın Müdafiə Nazirlliyi Azərbaycan Silahlı Qüvvələrinin dövlət sərhədində erməni postlarına hücum etdiyini iddia edir: "Lakin Azrbaycan tərəfi bu məlumatı rədd edib. Bu baxımdan, sərhəd insidentləri fonunda informasiya tullanntılarının intensivliyi belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Ermənistanın hərbi idarəsində Azərbaycanla dövlət sərhədində böyük masştablı təxribata hazırlıq işləri gedir. Bunun arxasında İrəvanın özünü aqressiyanın qurbanları" kimi göstərməsi və KTMT-yə müraciəti planı dayanır".

Korotçenko hesab edir ki, analitik təhlillərə görə məhz "sonuncu addımın" astanasında hakimiyyətini saxlamaqdan ötrü - Rusiyanın münaqişəyə cəlb edilməsi üçün Paşinyan təcili şəkildə Moskvada yaxşı tanınan güc strukturlarının nümayəndələrini neytrallaşdırır. Hansı ki, onlar Ermənistanda hakimiyyətin dəyişdirilməsi üçün istefadə edilə bilərdirlər.

Hərbi ekseprt sonda PS vasitəsi ilə daha bir maraqlı məqama toxunub. "Qəribə təsadüfdür ki, bugünlərdə həmçinin Ermənistan MTX-nin sərhəd qoşunlarının baş qərargah rəisi Qagik Tevosyan da istefaya göndərilib", deyə bu məsələnin də Paşnyanın hakimiyyətini qorumaq üçün həyata keçirdiyinə işarə edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə