“Cənab Prezident İlham Əliyev status-kvo anlayışını yox etdi” ÖZƏL-MÜNASİBƏT

“Satus-kvo artıq mövcud deyil”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, Cənab Prezident İlham Əliyev status-kvo anlayışını yox etdi.
“Dövlət başçısı bütün dünyaya Azərbaycanın iqtisadi, diplomatik və eyni zamanda hərbi gücünü nümayiş etdirməyi bacardı. Cənab Prezident əslində “az söz, çox iş” prinsipi ilə illərdir mükəmməl dövlət idarəçiliyini yürütdü. Bilirsiniz, düşündükcə, Cənab Prezidentin müdrük siyasətinin təməlinin nə qədər dərin olduğunun fərqinə varırsan. Baxıb görürük ki, ölkə başçısı mərhələ-mərhələ hər bir sahəni inkişaf etdirməklə bizi əslində bu günkü zəfərə gətirirdi. İqtisadi baxımdan ölkənin beynəlxalq arenada TAP,TANAP, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi digər böyük və dünya ictimaiyyəti üçün həyatı dərəcədə əhəmiyyətli layihələri ilə əslində Cənab Prezident bir çox ölkələrin maraqlarını Azərbaycanda birləşdirməyə, cəmləşdirməyə müvəffəq oldu. İqtisadi baxımdan güclənən və sürətlə inkişaf edən Azərbaycan, ikinci mərhələdə beynəlxalq səviyyədə nüfuza və diplomatik əməkdaşlıq prinsiplərinə önəm verərək, daha prespektivli xarici siyasi müstəviyə keçid aldı. Diasporanın yetəri qədər inkişafını biz ikinci Qarabağ savaşı çərçivəsində gördük. Beynəlxalq media platforması gücləndirildi. Bütün bunlarla yanaşı haqq və ədaləti bərqərar etmək üçün, hər bir halda beynəlxalq insan hüquqları və konvensiyasına uyğun olaraq addım atıldı. Bu gün fəxrlə söyləmək istərdim ki, ölkə başçımızın aldığı bütün qərarların başlıca cəhəti Xalqın rifahı, azadlığı və təhlükəsizliyi üçündür. Bu üçü və ən önəmli faktoru yürüdərək, hər bir sevinci Xalqı ilə paylaşaraq, səmimi sözləri ilə hər bir Xalqın fərdinin ürəyindən çıxan sözləri ifadə edərək, bizlərdə elə bir inam yaratmağa müvəffəq olub ki, bu inamla Azərbaycan Qarabağı da, Zəngəzuru da, hələ bir İrəvanı da fəth etmə gücünə malikdir, deyə bilərik!”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...