Putin: "Qarabağdakı münaqişənin həllində Rusiyadan çox heç kim maraqlı deyil"

Qarabağdakı münaqişənin həllində Rusiyadan çox heç kim maraqlı deyil.

SİA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında bildirib.

Prezident deyib ki, bizim üçün bu, xüsusi vəziyyətdir. 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür. “Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil”, - deyə Vladimir Putin vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşlardır. O, Dağlıq Qarabağla bağlı kompromis tapmağı çox istədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...