Bu gün Azərbaycan parlamentinin üzvləri də diplomatik savaşın əsgərləridir - Hikmət Babaoğlu

Bu gün Azərbaycan qurtuluş savaşı aparır, torpaqlarımızı işğaldan azad edirik, tarixi yaddaşımızı işğaldan qurtarırıq. SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.

H.Babaoğlu qeyd edib ki, bu gün Azərbaycan döyüş meydanında, diplomatiya sahəsində, informasiya müharibəsində mübarizə aparır: “Bu gün Azərbaycan parlamentinin üzvləri də diplomatik savaşın əsgərləridir. Sentyabr ayının 27dən bu günə qədər Prezident İlham Əliyev ən müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə Azərbaycanın diplomatik sahədə qələbəsini təmin edir, Ordumuzun döyüş meydanında əldə etdiyi qələbələri diplomatik cəbhədə möhkəmlənidirir”.

O bildirib ki, TBMM sədrinin bugünkü çıxışı Azərbaycan parlament tarixinin şanlı səhifəsidir və əminəm ki, bundan sonra da bu cür şanlı günləri yaşayacağıq: “Bu gün hər bir Azərbaycan vətəndaşı özünü əsgər kimi hiss edir. Bu gün erməni cinayətlərinin beynəlxalq hüququn, təsisatların diqqətinə çatdırılması üçün bu gün bizim parlamentdə çox böyük potensial var”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...