"Paşinyan hərbi çevrilişlə hakimiyyətdən alına bilər" ÖZƏL-MÖVQE

"Ermənistan rəhbərliyinin Azərbaycanın şərtlərini qəbul etməsinə, birmənalı olaraq, Rusiya imkan verməyəcək".

"Əgər Paşinyan sabah bu istiqamətdə ciddi addımlar atsa, hərbi çevrilişlə hakimiyyətdən alına bilər. "Qarabağ klanı" hazırkı situasiyada bunu gözləyir və yenidən iqtidara gəlməyi planlayır. Paşinyan "olum, ya ölüm" dilemmasındadı. Qarabağ klanın lideri Robert Koçaryan, Serj Sarkisyan, Vitaliy Balasanyan, Seyran Ohanyan, R. Vanetsyan, Rusiya hərbi-siyasi sisteminin adamlarıdı və onlar Paşinyanı ciddi cəzalandıracaqlar. Yenidən Koçaryan klanı hakmiyyətə gələ bilər. Ümumiyyətlə, Azərbaycan bütün işğal olunmuş əraziləri azad etməklə, heç bir güzəştə getməyəcək. Şuşanı, Hadrutu, Xocavəndi azad edən ordu orada da qalacaq. Qeyd edim ki, Qarabağ azad edildikdən sonra mütləq Türkiyə hərbi bazası Xankəndidə yaradılsın"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə