Ermənistanın siyasi-hərbi hakimiyyəti xalqı qırğına verir ANALİTİK
Dağlıq Qarabağda erməni əsilli əsgərlərin ölümü korrupsiyalaşmış ordu komandanlığının, Ermənistanın hərbi-siyasi rəhbərliyinin vicdanında və şəxsən keçmiş müdafiə naziri Seyran Ohanyandan tutmuş, hazırki müdafiə nazirinin də vicdanında bir ləkə olaraq qalır və qalacaq. Özgə torpaqlarının mənimsənilməsi, zəbt edilməsi, işğalda saxlanılması uğrunda insan tələfatına yol verənlərin vicdanından ümumiyyətlə danışmağa dəyməz və heç şübhəsiz ki, əsassız, mənasız yerə ölən erməni əsgər analarının göz yaşlarına səbəb olanlarda vicdan deyiləcək bir hissin olması mümkünsüzdür. Bu gün Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü uğrunda savaşı, azərbaycanlıların öz torpaqları uğrunda canından keçməsi, bununla da şəhidlik zirvəsinə ucalması ermənilərin qonşu torpaqlarına göz dikərək hərbçilərini qırğına verməsi ilə müqaisə belə edilən deyil və məhz bu səbəbdən də Ermənistanın işğalçı rejimi bunun hesabını ödəyəcəyinə, cavabdehliyini daşıyacağına əmin olsun.
Xatırlayırıqsa, bütün dövrlərdə Ermənistan siyasi rəhbərliyi öz döyüşçülərinin, daha dəqiq desək, terrorçularının, vandallarının döyüş ruhu barədə lovğalanıblar və qətllər törədən vəhşilikləri qəhrəmanlıq kimi təqdim etmək də bu işğalçı ölkə üçün normal, adi hal hesab olunub. Hətta, son dövrlərdə Qregin Njde kimi terroristin, özü də xəyanətkar, xain birinin heykəlini də ucaldıb bunu nümunə kimi təqdim də edib işğalçı ölkə. Terrorçuluğu, işğalçılığı dövlət siyasəti kimi qəbul və tətbiq edən, vandallığı qəhrəmanlıq hesab edənlər bu ideologiyaya, xəstə təxəyyülə arxalanaraqmi hədə ritorikası ilə danışırdılar? Məsələ burasındadır ki, bu ölkənin səlahiyyətliləri, hərbi-siyasi rəhbərliyi də o qədər xəstə ruhlü, xəstə təxəyyüllü idi ki, ölkəsinin potensialı, imkanları deyə düşündükdə məhz terrorçuluğa, vəhşiliyə, vandallığa arxalanırdı. Milli ruhla, vətənpərvərlik, qəhrəmanlıq hissi separatçılığı qarışdıran əqli problemlilər nəticədə bunun acısını həm dadırlar, həm də mənsub olduqları xalqa daddırırlar. Ermənistanın siyasi hakimiyyəti milli ruh bəhanəsi ilə xalqı qırğına verir.
Hər zaman normal olmayan düşüncə nümayiş etdirən Ermənistan hakimiyyəti, ələlxüsus onun Ovannisyan kimi səlahiyyətlisi son vaxtlar da bəyan edirmiş ki, bəs əsas məsələ milli ruh imiş və guya onlarda olan bu ruh qələbəyə aparacaqmış bu toplumu. İş orasındadır ki, bunun şahidi olan olmadı. Əvvəla ona görə ki, milli ruh deyilən bir hiss erməni cəmiyyətində, özü də özgə torpaqlarında məskunlaşdırılan cəmiyyətdə yoxdur və heç olmayıb da. “Özgə atına minən tez düşər” misalında olduğu kimi, indi mindikləri maşınlardan, tanklardan, döyüş texnikasından belə düşən o dırnaqarası “milli ruh sahibləri” Ovanisyanın və onun timsalında erməni səlahiyyətlilərinin düşüncələrinin qüsurlu olduğunu isbatlayır. Digər tərəfdən axı orduya milli ruhla yanaşı hərbi texnika da, yetərli sayda canlı qüvvə, özü də hərbi bacarıqlı canlı qüvvə də lazımdır axı, hansıki, bu barədə Ovannesyana xatırlatmalar indi erməni cəmiyyətindən ünvanlanır, ona iradlar tutulur. Bildirilir ki, "Smerç", “Lora”, “PUA” və digər son silahlar həlledici rol oynayır müharibə zamanı və döyüş meydanında. Ona xatırladılır ki, məhz həlledici silahlar da elə milli ruh kimi onlarda yoxdur və boş-boş sözləri ilə kütləni aldatmasın.
"Əgər itirmək, uduzmaq istəmirsənsə itirməyəcəksən, uduzmayacaqsan" deyən Arsrun Ovannesyan belə düşüncə ilə nə əcəb Amerika Birləşmiş Ştatlarına da, Rusiyaya da hədə kəsmir, müharibə elan etmir, torpaq iddiası ilə çıxış etmir, başa düşmək çətindir. Axı, bu axmaq elə zənn edir ki, rəqibinin gücünü, potensialını, ehtiyatını nəzərə almaq lazım gəlmir və onun olmayan ağlına görə əsas məsələ uduzmaq istəməməkdir. Görünür elə bu “ağlın” sayəsində erməni əsgərləri, Erməinstanın canlı qüvvəsi qırğına məruz qalır.
Arsrun Ovannesyana erməni cəmiyyəti özü belə xatırladır ki, o özünü tamam çaşdırıb, təmsil etdiyi cəmiyyəti də çaşdırmağa xidmət edir. Azərbaycan Ordusu ən son texnologiyalara malik müasir silahlarla, bütün lazımi ehtiyatlarla, döyüş və qələbə əzmi ilə hücum etdiyi zaman Ovannesyanın dediyi o olmayan milli ruh erməni əsilli əsgərləri xilas edə bilməyəcək ki, bunu indi ona qandırmaq istəyi peyda olub erməni cəmiyyətində. İndi Ovannesyana, eləcə də onun timsalında Ermənistanın bütün siyasi-hərbi hakimiyyətinə səslənilir ki, yüksək təchizata, döyüş qabiliyyətinə, vətənpərvərlik ruhuna və keyfiyyətinə malik Azərbaycan Ordusu, onun əsgərləri ilə üz-üzə qalan erməni dığalarının şansı sıfıra bərabərdir və onlar dovşan kimi ya öləcək, ya da canlarını qurtarmaq üçün beləcə durmadan qaçacaqlar.
İndi Dağlıq Qarabağda yaşayan insanları yerli səlahiyyətlilər və ümumilikdə Ermənistan hakimiyyəti bir növ ət maşınına sürükləyir. Bir zamanlar “biz Qarabağda yaşayan insanların taleyinə biganə qala bilmərik və onları qoruyuruq” deyənlər indi nəyi qoruyurlar, onları, yoxsa öz postlarını? Əgər Araik Arutyunyan öz qondarma prezidentlik kürsüsünü deyil, onları qorusaydı qaçıb İrəvana gedən, canını qurtarmağa çalışan Dağlıq Qarabağdakı ermənilərə qadağalar tətbiq edərdimi? Əlbəttə ki, etməzdi və deməli, onu maraqlandıran, qoruduğu yuxusuna belə girmədiyi qondarma da olsa ölkə rəhbəri kürsüsüdür. Ermənistan tərəfindən məkrli niyyətlətlə məcburi şəkildə məskunlaşdırılmış insanların isə Dağlıq Qarabağı tərk etmələrinə qadağalar qoymaq qırğına bais olmaq, cinayətkarlıqdır və bunun məsuliyyətini, cavabdehliyini onlar daşımaq məcbiriyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB